Bayram salatlarında mayonezi nə ilə əvəz edək - Mütəxəssis TÖVSİYƏSİ

Bayram süfrəsinin əvəzolunmazı olan salatlar adətən mayonez əlavəsi ilə dadlandırılır. Lakin bir çox insanlar onun dadını sevmir. Bu zaman onu xama, yoqurt və ya kefir əsaslı souslarla əvəz etmək olar.

Bizim.Media xəbər verir ki, bu barədə RT-yə müsahibəsində həkim-dietoloq Mariyat Muxina bildirib.

“Əslində, mayonez yağdan daha münasibdir. Əgər məqsəd kalori miqdarını azaltmaqdırsa, qəribə səslənsə də, salatlarda yağ deyil, məhz mayonez istifadə etmək daha yaxşıdır. Onun kalorisi duru yağdan daha azdır. Tərkibində xardal və faydalı olan yumurta var”, — deyə o qeyd edib.

Mütəxəssis əlavə edib ki, mayonezin tərkibində olan sirkə zərərli bakteriyaları məhv edir və həzmi yaxşılaşdırır: ““Ən zərərli variant yağsız (az yağlı) mayonezdir, çünki onda fosfatların miqdarı daha çoxdur. Mayonezin əsas zərəri konservantlar, aromatizatorlar və məhz bu fosfatlarla bağlıdır”.

Onun sözlərinə görə, mayonezə alternativ olaraq xama və yoqurtu xardal əlavə etməklə istifadə etmək olar: “Bu halda biz pəhriz mayonezi əldə etmiş olarıq. Əlbəttə, yumurta da əlavə etmək olar, amma onda zəhərlənmə riski var, çünki emaldan keçməyib. İstehsalda isə yumurta tozundan istifadə olunur ki, bunun da sağlamlıq üçün heç bir zərəri yoxdur”.

Muxina həmçinin dadı yaxşılaşdırmaq üçün alternativ sousların da mövcud olduğunu bildirib: “Müxtəlif souslar və ədviyyatlar var ki, onları yoqurda əlavə etmək olar. Həmçinin salat üçün sous kimi kefirdən də istifadə etmək mümkündür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bugünkü gəmi hücumunda bir azərbaycanlı yaralanıb - XİN

Anatoli Kaşpirovskinin nəşi Rusiyadan Ukraynaya gətirilərək dəfn olundu

Milli Məclisdən Türkiyəyə BƏYANAT

Milli Məclisdən Türkiyəyə BƏYANAT

QMİ sədri: “Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir”

"Formula-1" 33 ildən sonra Afrikaya qayıdır: Ruanda ilə 10 illik müqavilə imzalandı

Rusiyada "Orta Asiya – Mərkəz" qaz kəmərində patlayış oldu - FOTO

Allahşükür Paşazadə: “Azərbaycanda hicab qadağan olunmayıb”

Roma Papası xəstəxanaya yerləşdirildi: Əməliyyat olunacaq

Əhali yanacağa nə qədər pul xərcləyib?

Əhali yanacağa nə qədər pul xərcləyib?

Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi – FOTO/VİDEO

Məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum etdi

Arzu Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO

Bakıda hava qəfil dəyişir? – Gözlənilən leysanla bağlı açıqlama

SON DƏQİQƏ: Tacikistanda 6,0 bal gücündə zəlzələ oldu

Radiatorlarınızın daha tez isinməsi üçün bu əşyanı evinizdən çıxarın!

İlham Əliyev Laos Prezidentinə 40 il əvvələ aid tarixi FOTONU göstərdi

Binədə məktəbdə iğtişaş nəticəsində iki şagird XƏSARƏT ALDI – RƏSMİ

Ağır xəstəliyi sağaltdığı deyilən həmin bitki Bakı bazarında

Ermənistanda hərbçi GÜLLƏLƏNDİ

Ermənistanda hərbçi GÜLLƏLƏNDİ

Qaradağda məktəb direktorunun maşınını yandıran şəxs saxlanıldı – Hadisənin ANBAAN VİDEOSU

Qlobal smartfon satışları son 14 ilin rekord minimumuna düşdü: Yalnız iki brenddə artım var

Kiyev meriyası ilə mərkəzi hakimiyyət arasında gərginlik: Vitali Kliçko Ali Radaya çağırıldı

Ermənistanda COP-17-yə ayrılan pullar mənimsənilib?

End of content

No more pages to load

RADİO