Milli Məclisdən Türkiyəyə BƏYANAT

Son dövrlərdə Türkiyənin bəzi media orqanlarında və sosial media platformalarında Azərbaycana qarşı qərəzli informasiya kampaniyasının aparılması, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi millət vəkilləri, Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral tərəfindən ölkəmizlə bağlı əsassız ittihamların səsləndirilməsi Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunda ciddi narahatlıq və təəssüf doğurur.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Bəyanatında əks olunub.

Bəyanatda vurğulanıb ki, Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətləri mövcuddur.

Azərbaycan müstəqil və suveren dövlətdir, daxili və xarici siyasətini öz milli maraqlarına və Konstitusiyasına uyğun müəyyən edir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi “Bir millət, iki dövlət” prinsipi məhz iki müstəqil və suveren dövlətin mövcudluğunu nəzərdə tutur. Bu prinsipin mahiyyətinin təhrif edilməsi, ondan Azərbaycanın daxili işlərinə müdaxilə etmək, kənar siyasi və ideoloji yanaşmaları Azərbaycan cəmiyyətinə diktə etmək üçün əsas kimi istifadə olunması qəbuledilməzdir.

Azərbaycanın dünyəvi dövlət quruluşu və dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur.

Ölkəmizdə təhsil siyasəti dünyəvilik, bərabərlik və bütün vətəndaşlar üçün bərabər imkanların yaradılması prinsiplərinə əsaslanır. Təhsil müəssisələrində tətbiq olunan qaydalar bütün vətəndaşlara eyni şəkildə şamil edilir və hər hansı dini mənsubiyyətə qarşı yönəlməyib. Bu məsələlərin dini və ideoloji müstəvidə siyasiləşdirilməsi, Azərbaycanın konstitusion quruluşuna və təhsil siyasətinə qarşı əsassız ittihamların irəli sürülməsi yolverilməzdir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, xalqımıza, onun tarixinə və böyük şəxsiyyətlərinə qarşı təhqir və böhtan xarakterli ifadələrin işlədilməsi də qəbuledilməzdir və Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurur. Təəssüflə qeyd etmək istəyirik ki, AKP iqtidarı bütün bunların qarşısının alınması istiqamətində heç bir addım atmır. Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri qarşısında təxribatçı aksiyaların keçirilməsinə və bununla bağlı çağırışlara dözümlü münasibətin göstərilməsi də bir sıra suallar doğurur.
 

Hesab edirik ki, Azərbaycan–Türkiyə münasibətlərinin xüsusi xarakteri siyasi məsuliyyət, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsiplərinə riayət olunmasını tələb edir. Ayrı-ayrı siyasi xadimlərin açıqlamaları iki ölkə arasında münasibətlərə xələl gətirməməlidir.


Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq gözləntimiz budur ki, Türkiyənin müvafiq siyasi dairələri, o cümlədən parlamentdə təmsil olunan hakim siyasi partiya təmsilçiləri, bu həssas məsələlərə məsuliyyətlə yanaşacaq, Azərbaycanın suverenliyinə və konstitusion quruluşuna hörmət nümayiş etdirəcək, münasibətlərimizə mənfi təsir göstərə biləcək açıqlamalardan çəkinəcəklər.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Laos Prezidentinin Azərbaycana səfərindən yaddaqalan anlar – VİDEO

Laos Prezidentinin Azərbaycana səfərindən yaddaqalan anlar – VİDEO

Dənizə düşən qadın 20 saatdan sonra sağ tapıldı – VİDEO

Dənizə düşən qadın 20 saatdan sonra sağ tapıldı – VİDEO

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycana təşəkkür etdi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycana təşəkkür etdi

Qardaşlıq adı altında DİQTƏ - Türkiyədəki anti-Azərbaycan kampaniyasının İMPERİALİST MAHİYYƏTİ

Qardaşlıq adı altında DİQTƏ - Türkiyədəki anti-Azərbaycan kampaniyasının İMPERİALİST MAHİYYƏTİ

Şavkat Mirziyoyev də Azərbaycana gəlir

Şavkat Mirziyoyev də Azərbaycana gəlir

Tərlan Quliyev vəfat etdi

Tərlan Quliyev vəfat etdi

Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşdə nəyi müzakirə etdi? – FOTO

Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşdə nəyi müzakirə etdi? – FOTO

İsrail 22 antik eksponatı Yunanıstana qaytardı

İsrail 22 antik eksponatı Yunanıstana qaytardı

Gürcüstandan Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

Gürcüstandan Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

Qırğızıstan Prezidenti sabah Azərbaycana gələcək

Qırğızıstan Prezidenti sabah Azərbaycana gələcək

Azərbaycanda təhsil alan tələbə xaricdəki universitetə köçürülə bilərmi? - RƏSMİ

Azərbaycanda təhsil alan tələbə xaricdəki universitetə köçürülə bilərmi? - RƏSMİ

Avtomobil kərpic divarı dağıdaraq mağazanın içinə girdi – VİDEO

Avtomobil kərpic divarı dağıdaraq mağazanın içinə girdi – VİDEO

Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb

Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb

Bugünkü gəmi hücumunda bir azərbaycanlı yaralanıb - XİN

Bugünkü gəmi hücumunda bir azərbaycanlı yaralanıb - XİN

Anatoli Kaşpirovskinin nəşi Rusiyadan Ukraynaya gətirilərək dəfn olundu

Anatoli Kaşpirovskinin nəşi Rusiyadan Ukraynaya gətirilərək dəfn olundu

Milli Məclisdən Türkiyəyə BƏYANAT

Milli Məclisdən Türkiyəyə BƏYANAT

QMİ sədri: “Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir”

QMİ sədri: “Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir”

"Formula-1" 33 ildən sonra Afrikaya qayıdır: Ruanda ilə 10 illik müqavilə imzalandı

"Formula-1" 33 ildən sonra Afrikaya qayıdır: Ruanda ilə 10 illik müqavilə imzalandı

Rusiyada "Orta Asiya – Mərkəz" qaz kəmərində patlayış oldu - FOTO

Rusiyada "Orta Asiya – Mərkəz" qaz kəmərində patlayış oldu - FOTO

Allahşükür Paşazadə: “Azərbaycanda hicab qadağan olunmayıb” - VİDEO

Allahşükür Paşazadə: “Azərbaycanda hicab qadağan olunmayıb” - VİDEO

Roma Papası xəstəxanaya yerləşdirildi: Əməliyyat olunacaq

Roma Papası xəstəxanaya yerləşdirildi: Əməliyyat olunacaq

Əhali yanacağa nə qədər pul xərcləyib?

Əhali yanacağa nə qədər pul xərcləyib?

Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi – FOTO/VİDEO

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO