Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi – FOTO/VİDEO

Ənənəvi olaraq Azərbaycanda, Bakıda keçirilən Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı bu dəfə qardaş Özbəkistanda reallaşıb. Türk xalqlarının mənəvi irsinin nümayiş etdirilməsi, ortaq mədəni dəyərlərin təbliği, eləcə də şair, yazıçı və gənclər arasında əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə təşkil olunan VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı böyük təntənə ilə baş tutub.

Bizim.Media xəbər verir ki, tədbirin Buxara hissəsi Buxara Dövlət Pedaqoji İnstitutunda təşkil olunub.

Festivalda Özbəkistanla yanaşı Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətindən gələn tanınmış ədib, şair, alim, təhsil və mədəniyyət xadimləri iştirak ediblər.

Açılış mərasimində Buxara Dövlət Pedaqoji İnstitutunun rektoru Bahadur Mamurov çıxış edərək, festivalın türk xalqları arasında ədəbi-mədəni əlaqələrin inkişafındakı əhəmiyyətini vurğulayıb.

Keçirilən panellərdə və məruzələrdə tanınmış ziyalılar ortaq mənəvi dəyərlərin qorunmasından söz açıblar:

Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rza çıxışında türk coğrafiyasını birləşdirən mənəvi bağların təməlində məhz ortaq söz və ədəbiyyat xəzinəsinin dayandığını diqqətə çatdırıb.

Buxara Dövlət Universitetinin rektoru Abidcan Həmidov çıxışında belə beynəlxalq tədbirlərin mədəni, ədəbi əlaqələrlə yanaşı dostluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
 

Beynəlxalq Türk Müəllifləri Birliyinin Asiya təmsilçisi, türkiyəli yazıçı və şair Mahmut Özkoca çıxışında türk coğrafiyasındakı yazarlar arasında canlı yaradıcılıq körpülərinin qurulmasının və bu əlaqələrin sistemli müstəviyə keçirilməsinin vacibliyini önə çəkib.


Asiya Texnologiyalar Universitetinin rektorunun müşaviri, Beynəlxalq Türk Müəllifləri Birliyinin koordinatoru Aytən Qurbanova, Özbəkistan Yazıçılar Birliyinin Buxara vilayət bölməsinin rəhbəri Şadman Süleymanov və “Qorovulbozor tongi” qəzetinin baş redaktoru Bəhram Soliyev elmi, ədəbi və mədəni əlaqələrin inkişafı barədə fikirlərini bölüşüblər.

Buxaradakı tədbirlər İnstitutun “Gənclər bağı”nda təşkil olunan poeziya gecəsi ilə davam edib. Gecədə Türkiyənin tanınmış şair və jurnalisti Mahmut Özkoca, Azərbaycandan Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri, şair Xəyal Rza, sənətşünaslıq üzrə fəlsəfə doktoru, şair Bəhruz Niftəliyev şeirlərini səsləndiriblər.

Buxaradakı tədbirlərə qədim qala divarları ilə əhatələnmiş İçərişəhərdə keçirilən kitab sərgisi və konsert proqramı ilə yekun vurulub.

Festivalın növbəti mərhələsi 2700 illik zəngin tarixə malik qədim Qarşı şəhərində reallaşıb. Tədbirin bu şəhərdəki ilk günü olduqca zəngin və rəngarəng proqramla yadda qalıb.

Asiya Texnologiyalar Universitetində keçirilən təntənəli açılış mərasimində təhsil ocağının rektoru Laçın Rəhimov çıxış edərək, belə mötəbər beynəlxalq festivala ev sahibliyi etməkdən qürur duyduqlarını bildirib. Rektor vurğulayıb ki, müasir dövrdə gənclərin mənəvi dünyasının zənginləşməsi, kitaba və ədəbiyyata sevginin artırılması prioritet məsələdir və bu festival türk dünyası gəncliyinin mədəni inteqrasiyasına mühüm töhfə verir.
 

Açılışda çıxış edən Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rza festivalın coğrafiyasının genişlənməsinin türk birliyinin bariz mənəvi təzahürü olduğunu qeyd edib. O, Qarşı şəhərində yaradılan bu zəngin ədəbi mühitin xalqlarımız arasında qardaşlıq tellərini daha da möhkəmləndirdiyini, müştərək layihələrin davamlılığının vacibliyini diqqətə çatdırıb.


Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Əliyev, Türkiyənin tanınmış şair və jurnalisti Mahmut Özkoca, Asiya Texnologiyalar Universitetinin rektorunun müşaviri Aytən Qurbanova, özbəkistanlı şair Nəfəs Şadmanov, azərbaycanlı şair Bəhruz Niftəliyev və digər natiqlər türk dünyasında ədəbi-mədəni əlaqələrin perspektivləri barədə dəyərli mülahizələrini bölüşüblər.

Açılış mərasimindən sonra festival müxtəlif mövzularda təşkil olunan panel iclasları ilə işini davam etdirib. Panellərdə Azərbaycandan və Özbəkistandan olan tanınmış alimlərin elmi məruzələri dinlənilib, türk xalqlarının ortaq ədəbi irsi və müasir ədəbi proseslər ətrafında geniş fikir mübadiləsi aparılıb.
 

Tədbirin bədii hissəsində Özbəkistanda təhsil alan azərbaycanlı tələbələrin hazırladığı maraqlı konsert proqramı təqdim olunub. Tələbələrin ifasında səslənən musiqi və şeir nümunələri iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.


Qeyd etmək lazımdır ki, silsilə xarakter daşıyan bu möhtəşəm festivalın sayca 5-ci tədbiri bundan əvvəl Türkiyənin Qaziantep şəhərində Şəhidkamil bələdiyyəsinin yüksək təşkilatçılığı ilə uğurla həyata keçirilmişdi. Genişmiqyaslı layihə çərçivəsində panellər və mədəni tədbirlər davam edir.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bugünkü gəmi hücumunda bir azərbaycanlı yaralanıb - XİN

Bugünkü gəmi hücumunda bir azərbaycanlı yaralanıb - XİN

Anatoli Kaşpirovskinin nəşi Rusiyadan Ukraynaya gətirilərək dəfn olundu

Anatoli Kaşpirovskinin nəşi Rusiyadan Ukraynaya gətirilərək dəfn olundu

Milli Məclisdən Türkiyəyə BƏYANAT

Milli Məclisdən Türkiyəyə BƏYANAT

QMİ sədri: “Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir”

QMİ sədri: “Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir”

"Formula-1" 33 ildən sonra Afrikaya qayıdır: Ruanda ilə 10 illik müqavilə imzalandı

"Formula-1" 33 ildən sonra Afrikaya qayıdır: Ruanda ilə 10 illik müqavilə imzalandı

Rusiyada "Orta Asiya – Mərkəz" qaz kəmərində patlayış oldu - FOTO

Rusiyada "Orta Asiya – Mərkəz" qaz kəmərində patlayış oldu - FOTO

Allahşükür Paşazadə: “Azərbaycanda hicab qadağan olunmayıb”

Allahşükür Paşazadə: “Azərbaycanda hicab qadağan olunmayıb”

Roma Papası xəstəxanaya yerləşdirildi: Əməliyyat olunacaq

Roma Papası xəstəxanaya yerləşdirildi: Əməliyyat olunacaq

Əhali yanacağa nə qədər pul xərcləyib?

Əhali yanacağa nə qədər pul xərcləyib?

Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi – FOTO/VİDEO

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi – FOTO/VİDEO

Məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum etdi

Məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum etdi

Arzu Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO

Arzu Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO

Bakıda hava qəfil dəyişir? – Gözlənilən leysanla bağlı açıqlama

Bakıda hava qəfil dəyişir? – Gözlənilən leysanla bağlı açıqlama

SON DƏQİQƏ: Tacikistanda 6,0 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Tacikistanda 6,0 bal gücündə zəlzələ oldu

Radiatorlarınızın daha tez isinməsi üçün bu əşyanı evinizdən çıxarın!

Radiatorlarınızın daha tez isinməsi üçün bu əşyanı evinizdən çıxarın!

İlham Əliyev Laos Prezidentinə 40 il əvvələ aid tarixi FOTONU göstərdi

İlham Əliyev Laos Prezidentinə 40 il əvvələ aid tarixi FOTONU göstərdi

Binədə məktəbdə iğtişaş nəticəsində iki şagird XƏSARƏT ALDI – RƏSMİ

Binədə məktəbdə iğtişaş nəticəsində iki şagird XƏSARƏT ALDI – RƏSMİ

Ağır xəstəliyi sağaltdığı deyilən həmin bitki Bakı bazarında

Ağır xəstəliyi sağaltdığı deyilən həmin bitki Bakı bazarında

Ermənistanda hərbçi GÜLLƏLƏNDİ

Ermənistanda hərbçi GÜLLƏLƏNDİ

Qaradağda məktəb direktorunun maşınını yandıran şəxs saxlanıldı – Hadisənin ANBAAN VİDEOSU

Qaradağda məktəb direktorunun maşınını yandıran şəxs saxlanıldı – Hadisənin ANBAAN VİDEOSU

Qlobal smartfon satışları son 14 ilin rekord minimumuna düşdü: Yalnız iki brenddə artım var

Qlobal smartfon satışları son 14 ilin rekord minimumuna düşdü: Yalnız iki brenddə artım var

Kiyev meriyası ilə mərkəzi hakimiyyət arasında gərginlik: Vitali Kliçko Ali Radaya çağırıldı

Kiyev meriyası ilə mərkəzi hakimiyyət arasında gərginlik: Vitali Kliçko Ali Radaya çağırıldı

Ermənistanda COP-17-yə ayrılan pullar mənimsənilib?

Ermənistanda COP-17-yə ayrılan pullar mənimsənilib?

End of content

No more pages to load

RADİO