"Formula-1" çempionatı 1993-cü ildən bəri ilk dəfə Afrika qitəsinə qayıdır. Çempionatın təşkilatçıları Qran-prinin keçirilməsi üçün Ruanda ilə 10 illik müqavilə imzalayıblar.
Bizim.Media xəbər verir ki, "Reuters" agentliyinin verdiyi məlumata görə, Ruandada ilk yarışların 2030-cu ilin əvvəllərində keçirilməsi planlaşdırılır.
Turnir üçün Ruandanın paytaxtı Kiqalidən 40 kilometr aralıda tamamilə yeni müasir avtodrom inşa olunacaq.
Qeyd edək ki, "Formula-1" mərhələsi Afrika qitəsində sonuncu dəfə 1993-cü ildə Cənubi Afrika Respublikasında (CAR) keçirilib.
Bizim.Media