Kiyev merı Vitali Kliçko paytaxtın qış mövsümünə hazırlıq vəziyyəti ilə bağlı hesabat vermək üçün Ukrayna Ali Radasına çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
Mənbə qeyd edir ki, hesabat tələbinin təşəbbüskarı xalq deputatı Maryana Bezuqlaya olub.
Deputatların 151-i bu təklifi dəstəkləyib, 8 nəfər isə əleyhinə səs verib. Məlumata görə, birinci vitse-spiker Aleksandr Korniyenko Kliçkonun parlamentdəki çıxışının oktyabrın 14-nə planlaşdırıldığını bildirib.
Kiyev merı elan edilən ittihamların Prezident Ofisi ilə əlaqəli mənbələr tərəfindən idarə olunduğunu, məqsədin isə onun istefasına nail olaraq meriyanın Hərbi Administrasiya ilə əvəzlənəcəyini iddia edib.
Kliçko qeyd edib ki, istilik mövsümü hələ başlamayıb, bu səbəbdən mövsümün uğursuzluğa uğramasından danışmaq tezdir.
Elektrik təchizatındakı problemləri Rusiya zərbələri ilə əlaqələndirən mer "şəhər merinin HHM (hava hücumundan müdafiə) sisteminə cavabdeh olmadığını" xatırladıb.
O, bəyan edib ki, Kiyev sakinlərindən mandat aldığı üçün növbəti seçkilərədək vəzifəsini tərk etməyəcək.
Bizim.Media