Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3 milyard 58,2 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Bu barədə Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə qeydə alınan göstərici 2025-ci ilin müvafiq dövrünün göstəricisini 4% üstələyib.
Bizim.Media