Bakıda hava qəfil dəyişir? – Gözlənilən leysanla bağlı açıqlama

Bir neçə gün əvvəl Bakıda güclü yağış və leysan gözlənildiyi üçün paytaxtda hazırlıq işləri görülür, yeraltı keçidlərin girişlərinə qum kisələri düzülürdü. Lakin gözlənilən yağıntılar baş vermədi və görülən tədbirlər müzakirə mövzusuna çevrildi.

Hava proqnozları niyə bəzən özünü doğrultmur? Hazırda yaz havası hiss olunur, bu, “fırtına öncəsi səssizlik” ola bilərmi? Bizi həqiqətən leysanlar gözləyirmi?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, hər şeydən əvvəl, bu, bir proqnozdur:

“Yəni ehtimalı yüksək olan hava şəraiti barədə məlumatlandırma mexanizmidir. 50 il əvvəl elm, texnika indiki dövrlə müqayisədə dəfələrlə zəif idi və proqnozların dəqiqlik ehtimalı daha aşağı idi. Lakin bu gün kompüterlər, süni intellekt, avtomatlaşdırılmış stansiyalar vasitəsilə daxil olan məlumatların emalı və proqnozların hazırlanmasında tamamilə yeni texnoloji yanaşmalar və müasir üsullar tətbiq olunur.

Buna baxmayaraq, son proqnozların özünü doğrultmaması göstərir ki, bir çox sahələrdə olduğu kimi, bu sahədə də mütəxəssis və peşəkar təşkilatların strukturunun optimallaşdırılmasına böyük ehtiyac var. Mütəxəssis qıtlığı və peşəkarlıq səviyyəsinin mövcud vəziyyəti də öz mənfi təsirini göstərir. Bu problem məhz həmin amillərlə əlaqəlidir”.

Ekoloq bildirib ki, hazırda Bakıda, o cümlədən nisbətən hündür ərazidə yerləşən Yasamalda havanın temperaturu 20 dərəcədir:

“Bu, payız mövsümü üçün orta maksimum temperatur hesab olunur. Payız fəsli yağıntı, yağmur, külək və çiskinlə yanaşı, belə temperaturlarla da müşayiət edilə bilər. Buna görə də mövcud hava şəraitini həm anomaliya, həm də payızın mülayim havası kimi qiymətləndirmək olar. Payızın ölkəmizdə başlamasından cəmi 20 gün keçib. Bu səbəbdən mövcud vəziyyəti hansısa “fırtına öncəsi sakitlik” kimi dəyərləndirərək vətəndaşları narahat etməyə ehtiyac yoxdur.

Payız özünəməxsus xüsusiyyətlərini təbii şəkildə göstərir. Havanın bu cür keçməsi insan həyat tərzi, ekologiya və kənd təsərrüfatı baxımından normaldır. Bu hava şəraitinin yaratdığı imkanlardan müsbət mənada istifadə etməliyik. Ümid edək ki, yaxın günlərdə dəhşətli fırtına, çovğun və ya güclü sel kimi təhlükəli hava hadisələri ilə qarşılaşmayacağıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

QMİ sədri: “Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir”

QMİ sədri: “Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir”

"Formula-1" 33 ildən sonra Afrikaya qayıdır: Ruanda ilə 10 illik müqavilə imzalandı

"Formula-1" 33 ildən sonra Afrikaya qayıdır: Ruanda ilə 10 illik müqavilə imzalandı

Rusiyada "Orta Asiya – Mərkəz" qaz kəmərində patlayış oldu - FOTO

Rusiyada "Orta Asiya – Mərkəz" qaz kəmərində patlayış oldu - FOTO

Allahşükür Paşazadə: “Azərbaycanda hicab qadağan olunmayıb”

Allahşükür Paşazadə: “Azərbaycanda hicab qadağan olunmayıb”

Roma Papası xəstəxanaya yerləşdirildi: Əməliyyat olunacaq

Roma Papası xəstəxanaya yerləşdirildi: Əməliyyat olunacaq

Əhali yanacağa nə qədər pul xərcləyib?

Əhali yanacağa nə qədər pul xərcləyib?

Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi – FOTO/VİDEO

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi – FOTO/VİDEO

Məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum etdi

Məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum etdi

Arzu Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO

Arzu Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO

Bakıda hava qəfil dəyişir? – Gözlənilən leysanla bağlı açıqlama

Bakıda hava qəfil dəyişir? – Gözlənilən leysanla bağlı açıqlama

SON DƏQİQƏ: Tacikistanda 6,0 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Tacikistanda 6,0 bal gücündə zəlzələ oldu

Radiatorlarınızın daha tez isinməsi üçün bu əşyanı evinizdən çıxarın!

Radiatorlarınızın daha tez isinməsi üçün bu əşyanı evinizdən çıxarın!

İlham Əliyev Laos Prezidentinə 40 il əvvələ aid tarixi FOTONU göstərdi

İlham Əliyev Laos Prezidentinə 40 il əvvələ aid tarixi FOTONU göstərdi

Binədə məktəbdə iğtişaş nəticəsində iki şagird XƏSARƏT ALDI – RƏSMİ

Binədə məktəbdə iğtişaş nəticəsində iki şagird XƏSARƏT ALDI – RƏSMİ

Ağır xəstəliyi sağaltdığı deyilən həmin bitki Bakı bazarında

Ağır xəstəliyi sağaltdığı deyilən həmin bitki Bakı bazarında

Ermənistanda hərbçi GÜLLƏLƏNDİ

Ermənistanda hərbçi GÜLLƏLƏNDİ

Qaradağda məktəb direktorunun maşınını yandıran şəxs saxlanıldı – Hadisənin ANBAAN VİDEOSU

Qaradağda məktəb direktorunun maşınını yandıran şəxs saxlanıldı – Hadisənin ANBAAN VİDEOSU

Qlobal smartfon satışları son 14 ilin rekord minimumuna düşdü: Yalnız iki brenddə artım var

Qlobal smartfon satışları son 14 ilin rekord minimumuna düşdü: Yalnız iki brenddə artım var

Kiyev meriyası ilə mərkəzi hakimiyyət arasında gərginlik: Vitali Kliçko Ali Radaya çağırıldı

Kiyev meriyası ilə mərkəzi hakimiyyət arasında gərginlik: Vitali Kliçko Ali Radaya çağırıldı

Ermənistanda COP-17-yə ayrılan pullar mənimsənilib?

Ermənistanda COP-17-yə ayrılan pullar mənimsənilib?

İşçiləri “təcrübəçi” adı altında ödənişsiz çalışdıranlara XƏBƏRDARLIQ

İşçiləri “təcrübəçi” adı altında ödənişsiz çalışdıranlara XƏBƏRDARLIQ

Birlik, nizam-intizam və sağlam gələcək – VİDEO

Birlik, nizam-intizam və sağlam gələcək – VİDEO

Daim münasibət axtaran 4 bürc bəlli oldu: Tək qalmağı sevmirlər

Daim münasibət axtaran 4 bürc bəlli oldu: Tək qalmağı sevmirlər

End of content

No more pages to load

RADİO