Ağır xəstəliyi sağaltdığı deyilən həmin bitki Bakı bazarında

Bazar piştaxtalarında alıcıların diqqətini çəkən, rəngarəngliyi ilə seçilən, lakin bir çoxları üçün hələ də tanış olmayan bir məhsul satışa çıxarılıb. Söhbət "Kaktus gülü" kimi tanınsa da, əslində kaktus bitkisinin özünəməxsus, yeyilə bilən meyvəsindən (opuntia növü) gedir.

Bizim.Media xəbər verir ki, insanlar bu qəribə görünüşlü meyvənin başına toplaşaraq, onun nə olduğunu, haradan gəldiyini və necə istifadə olunduğunu bir-birlərindən və satıcıdan maraqla soruşurlar.

Kaktus bitkisi əsasən Cənubi Amerika, Mərkəzi Asiya, Şimali Afrika və tropik bölgələrlə əlaqələndirilir.

Parlaq bənövşəyi-çəhrayı rəngi və üzərindəki xırda tikanların izləri onu digər mövsümi meyvələrdən fərqləndirir. Alıcıların bəziləri onu ilk dəfə gördüklərini, digərləri isə xaricdə rast gəldiklərini, lakin yerli bazarda görünməsinə təəccübləndiklərini bildirirlər.

Satıcı bizimlə söhbətdə deyib ki, bu meyvə Cəlilabad rayonundan gətirilib. Onun sözlərinə görə, Suluçeşmə kəndində, demək olar ki, əksər evlərin həyətində bu bitkiyə rast gəlmək olur.

Deyirlər, kaktusun bu kənddə yayılması 40 il əvvələ aiddir:

 

"İnsanlar gəlib soruşurlar ki, bu nədir. Hamıya izah edirəm ki, bu kaktus meyvəsidir. Onu 'armud kaktus" u kimi də tanıyırlar. Açığı, ən çox şəkər və şiş xəstəlikləri olanlar bunu alırlar. Deyirlər ki, bu meyvə qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir, təbii insulini əvəz edir. Ona görə də maraq böyükdür. Həm dadı qəşəngdir – bir az şirin, bir az turşməzə – həm də şəfalıdır.

 

Satıcı, meyvənin bazara daxil olması ilə tələbatın artdığını da vurğuladı.

Bənövşəyi rəngli kaktus meyvəsi (beynəlxalq adı ilə 'prickly pear' və ya 'tuna') yalnız şəkər və şiş xəstəlikləri olanlar üçün deyil, digər bir sıra sağlamlıq problemləri üçün də faydalı hesab olunur. Bənövşəyi rəngi, onun tərkibindəki 'betalain' adlı güclü antioksidantların göstəricisidir. Bu maddələr bədəndəki sərbəst radikallarla mübarizə aparır və qocalma prosesini yavaşladır.

Vitamin C ilə zəngindir, bu da onu soyuqdəymə və digər infeksiyalara qarşı immuniteti möhkəmləndirmək üçün əla seçim edir.

Yüksək lif tərkibi sayəsində həzm prosesini yaxşılaşdırır, bağırsaqların fəaliyyətini tənzimləyir və qəbizlik kimi problemlərin qarşısını alır.

Tərkibindəki liflər pis xolesterolun (LDL) səviyyəsini aşağı salmağa kömək edə bilər. Bəzi tədqiqatlar kaktus meyvəsinin qaraciyəri toksinlərdən qorumaq xüsusiyyətinə malik olduğunu göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Roma Papası xəstəxanaya yerləşdirildi: Əməliyyat olunacaq

Roma Papası xəstəxanaya yerləşdirildi: Əməliyyat olunacaq

Əhali yanacağa nə qədər pul xərcləyib?

Əhali yanacağa nə qədər pul xərcləyib?

Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi – FOTO/VİDEO

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi – FOTO/VİDEO

Məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum etdi

Məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum etdi

Arzu Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO

Arzu Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO

Bakıda hava qəfil dəyişir? – Gözlənilən leysanla bağlı açıqlama

Bakıda hava qəfil dəyişir? – Gözlənilən leysanla bağlı açıqlama

SON DƏQİQƏ: Tacikistanda 6,0 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Tacikistanda 6,0 bal gücündə zəlzələ oldu

Radiatorlarınızın daha tez isinməsi üçün bu əşyanı evinizdən çıxarın!

Radiatorlarınızın daha tez isinməsi üçün bu əşyanı evinizdən çıxarın!

İlham Əliyev Laos Prezidentinə 40 il əvvələ aid tarixi FOTONU göstərdi

İlham Əliyev Laos Prezidentinə 40 il əvvələ aid tarixi FOTONU göstərdi

Binədə məktəbdə iğtişaş nəticəsində iki şagird XƏSARƏT ALDI – RƏSMİ

Binədə məktəbdə iğtişaş nəticəsində iki şagird XƏSARƏT ALDI – RƏSMİ

Ağır xəstəliyi sağaltdığı deyilən həmin bitki Bakı bazarında

Ağır xəstəliyi sağaltdığı deyilən həmin bitki Bakı bazarında

Ermənistanda hərbçi GÜLLƏLƏNDİ

Ermənistanda hərbçi GÜLLƏLƏNDİ

Qaradağda məktəb direktorunun maşınını yandıran şəxs saxlanıldı – Hadisənin ANBAAN VİDEOSU

Qaradağda məktəb direktorunun maşınını yandıran şəxs saxlanıldı – Hadisənin ANBAAN VİDEOSU

Qlobal smartfon satışları son 14 ilin rekord minimumuna düşdü: Yalnız iki brenddə artım var

Qlobal smartfon satışları son 14 ilin rekord minimumuna düşdü: Yalnız iki brenddə artım var

Kiyev meriyası ilə mərkəzi hakimiyyət arasında gərginlik: Vitali Kliçko Ali Radaya çağırıldı

Kiyev meriyası ilə mərkəzi hakimiyyət arasında gərginlik: Vitali Kliçko Ali Radaya çağırıldı

Ermənistanda COP-17-yə ayrılan pullar mənimsənilib?

Ermənistanda COP-17-yə ayrılan pullar mənimsənilib?

İşçiləri “təcrübəçi” adı altında ödənişsiz çalışdıranlara XƏBƏRDARLIQ

İşçiləri “təcrübəçi” adı altında ödənişsiz çalışdıranlara XƏBƏRDARLIQ

Birlik, nizam-intizam və sağlam gələcək – VİDEO

Birlik, nizam-intizam və sağlam gələcək – VİDEO

Daim münasibət axtaran 4 bürc bəlli oldu: Tək qalmağı sevmirlər

Daim münasibət axtaran 4 bürc bəlli oldu: Tək qalmağı sevmirlər

"44" filminin ən gənc aktyoru Rasim Abdullayev: "Babam 1-ci, atam isə 2-ci Qarabağ müharibəsində vuruşub"

"44" filminin ən gənc aktyoru Rasim Abdullayev: "Babam 1-ci, atam isə 2-ci Qarabağ müharibəsində vuruşub"

Peskov "WP" nəşrinin Ukrayna üzrə sülh planı haqqında məqaləsini şərh etdi

Peskov "WP" nəşrinin Ukrayna üzrə sülh planı haqqında məqaləsini şərh etdi

Naftalan məktəbində nümunəvi mənzərə - VİDEO

Naftalan məktəbində nümunəvi mənzərə - VİDEO

BMT-nin 47 üzv ölkəsindən Rusiyaya sərt çağırış: "Qoşunlarınızı Ukraynadan dərhal çıxarın"

BMT-nin 47 üzv ölkəsindən Rusiyaya sərt çağırış: "Qoşunlarınızı Ukraynadan dərhal çıxarın"

End of content

No more pages to load

RADİO