Sovet və Rusiya psixoterapevti, teleaparıcı Anatoli Kaşpirovski Ukraynanın Vinnitsa şəhərində torpağa tapşırılıb.
Bizim.Media xəbər verir ki, Rusiya mediasının və sosial şəbəkə kanallarının yaydığı məlumata görə, 87 yaşında vəfat edən psixoterapevtin nəşi Rusiyadan Ukraynaya Türkiyə və Polşa ərazisindən tranzit keçməklə çatdırılıb.
Qeyd edək ki, A.Kaşpirovski Ukraynanın Xmelnitski vilayətində anadan olub, uzun illər Vinnitsa şəhərində yaşayıb və fəaliyyət göstərib. O, oktyabrın 3-də 4-cü dərəcəli mədə xərçəngi xəstəliyindən vəfat edib.
Bizim.Media