Ermənistanda müqaviləli hərbi qulluqçu Yeprem Qevorqyan gecə saatlarında xidməti vəzifəsini yerinə yetirərkən çiynindən güllə yarası alıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "İşxanutyun" informasiya agentliyi yayıb.
O, huşsuz vəziyyətdə Muratsan hərbi hospitalına təxliyə edilib.
Ermənistan Müdafiə Nazirliyi müqaviləli hərbçinin yaralanması ilə bağlı yayılan məlumatlara rəsmi münasibət bildirib.
Nazirliyin "Facebook" səhifəsində deyilir ki, hərbi qulluqçu silahla davranma qaydalarının pozulması nəticəsində yaralanıb.
Bizim.Media