Məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum etdi

Bakının Nizami Rayon Məhkəməsində şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair mülki işə baxılıb.

Bizim.Media xəbər verir ki, işin hallarına əsasən, cavabdeh 2023-cü ildə aralarında yaranmış şəxsi münasibətlər zəminində həyat yoldaşını xüsusi amansızlıqla qəsdən öldürüb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə, o, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.
 
Mərhumun qızı məhkəməyə müraciət edərək atasının anasından qalan miras əmlaka münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsini tələb edib. İddiaçı bildirib ki, cavabdeh mərhumun sağlığında ona qarşı kobud davranıb, ailə münasibətlərini pozan hərəkətlərə yol verib və nəticədə onu qəsdən həyatdan məhrum edib.

Cavabdeh isə iddiaya etiraz edərək ailəsinə uzun illər maddi və mənəvi dəstək göstərdiyini, cinayətin miras əmlakı əldə etmək məqsədilə törədilmədiyini bildirib.

Birinci instansiya məhkəməsi iddianı təmin edərək cavabdehin mərhum həyat yoldaşından qalan miras əmlaka münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə qəbul edib.

Qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Cavabdeh kassasiya şikayətində cinayətin qısqanclıq zəminində baş verdiyini, miras əldə etmək məqsədi daşımadığını və buna görə də ləyaqətsiz vərəsə hesab edilməsi üçün hüquqi əsasların mövcud olmadığını irəli sürüb.

Ali Məhkəmənin Mülki kollegiyası işə baxaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Anatoli Kaşpirovskinin nəşi Rusiyadan Ukraynaya gətirilərək dəfn olundu

Milli Məclisdən Türkiyəyə BƏYANAT

Milli Məclisdən Türkiyəyə BƏYANAT

QMİ sədri: “Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir”

"Formula-1" 33 ildən sonra Afrikaya qayıdır: Ruanda ilə 10 illik müqavilə imzalandı

Rusiyada "Orta Asiya – Mərkəz" qaz kəmərində patlayış oldu - FOTO

Allahşükür Paşazadə: “Azərbaycanda hicab qadağan olunmayıb”

Roma Papası xəstəxanaya yerləşdirildi: Əməliyyat olunacaq

Əhali yanacağa nə qədər pul xərcləyib?

Əhali yanacağa nə qədər pul xərcləyib?

Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi – FOTO/VİDEO

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi – FOTO/VİDEO

Məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum etdi

Məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum etdi

Arzu Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO

Bakıda hava qəfil dəyişir? – Gözlənilən leysanla bağlı açıqlama

SON DƏQİQƏ: Tacikistanda 6,0 bal gücündə zəlzələ oldu

Radiatorlarınızın daha tez isinməsi üçün bu əşyanı evinizdən çıxarın!

İlham Əliyev Laos Prezidentinə 40 il əvvələ aid tarixi FOTONU göstərdi

Binədə məktəbdə iğtişaş nəticəsində iki şagird XƏSARƏT ALDI – RƏSMİ

Ağır xəstəliyi sağaltdığı deyilən həmin bitki Bakı bazarında

Ermənistanda hərbçi GÜLLƏLƏNDİ

Ermənistanda hərbçi GÜLLƏLƏNDİ

Qaradağda məktəb direktorunun maşınını yandıran şəxs saxlanıldı – Hadisənin ANBAAN VİDEOSU

Qlobal smartfon satışları son 14 ilin rekord minimumuna düşdü: Yalnız iki brenddə artım var

Kiyev meriyası ilə mərkəzi hakimiyyət arasında gərginlik: Vitali Kliçko Ali Radaya çağırıldı

Ermənistanda COP-17-yə ayrılan pullar mənimsənilib?

İşçiləri “təcrübəçi” adı altında ödənişsiz çalışdıranlara XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO