Bu gün vəzifəyə təyin olunan icra başçılarının DOSYELƏRİ

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə bir neçə rayona yeni icra başçısı təyin olunub.

Bizim.Media yeni təyin olunan icra başçılarının dosyelərini təqdim edir:

Elxan İbrahimov


Ölkə başçısının sərəncamına əsasən, Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 1982-ci ildə Bakı şəhərində doğulan Elxan İbrahimov 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetini maliyyə və kredit ixtisası üzrə bakalavr, 2005-ci ildə magistr üzrə bitirib, daha sonra Stokholm İqtisadiyyat Məktəbində təhsil alıb.

Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi başlayıb. Sonralar  “Holiday Inn Baku Airport” otelində, “Baker Tilly” audit şirkətində,“Embawood” şirkətlər qrupunda və digər holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb.

2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib. 2022-ci ildən bu günədək Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini yerinə yetirib. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Natiq Ağayev


Natiq Ağayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat olub. Bu vəzifəyə Natiq Nuşravan oğlu Ağayev təyin edilib.

O, Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər şöbəsinin rəisi vəzifəsində çalışıb və polkovnik rütbəsində xüsusi xidmət orqanlarında qulluq edib.

N.Ağayev Prezident İlham Əliyevin 17 oktyabr 2022-ci il tarixli sərəncamı ilə Göyçay rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Bu gün ölkə başçısının digər sərəncamı ilə vəzifəsindən azad edilərək yeni vəzifəyə təyinat alıb.

Orxan Mürsəlov


Prezidentin digər sərəncamları ilə Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilərək Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

O.Mürsəlov Gədəbəy icra hakimiyyətinə təyin olunanadək Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun Baş məsləhətçisi vəzifəsində çalışıb.

Elvin Paşayev


Bu gün Qax rayonuna da icra hakimiyyəti başçısı vəzifəsinə təyinat həyata keçrirlib. Belə ki, İlham Əliyevin müvafiq sərəncamları ilə Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilərək Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Elvin Nazim oğlu Paşayev 1983-cü ildə anadan olub. Orta təhsilini Şirvan şəhər M.B.İsrailov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəbdə alıb, 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində Regionşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb.

2005-2007-ci illərdə Bakı Dövlət Universitetində magistr təhsili alıb, 2007-2009-cu illərdə Dövlət İqtisad Universitetində Maliyyə və Kredit ixtisası üzrə təhsilini davam etdirib.

2021-2022-ci illərdə İsveç, Çin, Polşa, Estoniyanın tədris müəssisələrində təkmilləşdirmə və ixtisasartırma kurslarından məzun olub. 2021-ci ildə ABŞ-ın Layihələrin İdarəedilməsi İnstitutunun PMP (Layihələrin idarəedilməsi üzrə peşəkar) beynəlxalq sertifikatını əldə edib.

Elvin Paşayev 2003-cü ildə Bakı 1 saylı şəhər Klinik Xəstəxanasında Kadrlar şöbəsində müfəttiş vəzifəsi ilə əmək fəaliyyətinə başlayıb. 2006-2012-ci illərdə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi, Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş məsləhətçi, nazirlikdə sektor müdiri kimi fəaliyyət göstərib.

2012-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Aparatının İnsan resursları və təlim şöbəsinin müdir müavini, daha sonra şöbə müdiri vəzifəsində çalışıb.

2018-2022-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri və həmin nazirlikdə - Aparat rəhbərinin müavini, İnsan resurslarının İdarə edilməsi və Elm, təhsil və İnsan resursları şöbələrinin müdiri vəzifələrində çalışıb.

Bununla yanaşı Elvin Paşayev 2014-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasında saat hesabı müəllim kimi də fəaliyyət göstərib. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Vüqar Novruzov


Vüqar Vahid oğlu Novruzov bu gün Naftalan Rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

O, 7 oktyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecmenti ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Dövlət qulluğunun baş müşaviridir.

Əmək fəaliyyətinə 2002-2003-cü illərdə Azərbaycan Respublikasının Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlayıb. 2003-2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində, 27 sentyabr 2019-cu il tarixdən 4 dekabr 2019-cu il tarixədək Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

Elşən Həsənli


Prezident Elşən Nazim oğlu Həsənlinin Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi ilə bağlı da sərəncam imzalayıb.

Elşən Həsənli 1986-cı ildə Yevlax şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavr, 2019-cu ildə isə Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafın planlaşdırılması” üzrə magistraturanı bitirib.

2012-2014-cü illərdə Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı aparatında baş məsləhətçi vəzifəsində çalışıb.

2014-2022-ci illərdə Bakı  şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. 2022-ci ilin dekabr ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

“Fənərbağça” üçün ŞAD XƏBƏR

“Fənərbağça” üçün ŞAD XƏBƏR

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Cəlilabadda ev yandı - FOTO

Cəlilabadda ev yandı - FOTO

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO