20 yanvardan Xırdalan və Masazır istiqamətində gedən taksilərin fəaliyyəti bərpa olunub.
Bizim.Media-nın əməkdaşlarının sözügedən istiqamət üzrə fəaliyyət göstərən taksi sürücülərindən əldə etdiyi məlumata görə, bu gün axşamdan etibarən onlara dayanacaqda maşını saxlayıb adam götürməyə şərait yaradılıb.
Sürücülərin bildirdiyinə görə, sabahdan etibarən isə artıq metronun üstündə də maşınları saxlamağa icazə veriləcək.
Fəridə, Bizim.Media