“Rusiya Ukrayna ilə müharibəyə başlamaq istəməyib və Moskva özünü silahlı şəkildə müdafiə etməyə məcbur edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında deyib.
“Biz istəmirdik və müharibəyə biz başlamadıq, bizimlə müharibəyə başladılar. Radikalları dövlət çevrilişinə sövq etmək, daha sonra isə rejimi hücum silahları ilə təchiz etmək lazım deyildi”, – Rusiya lideri deyib.
Onun sözlərinə görə, Rusiya qəsdən özünü silahlı şəkildə müdafiə etmək məcburiyyətində qalacağı vəziyyətə salınıb:
“Əsl həqiqət budur ki, müharibəyə biz başlamadıq, bizimlə müharibəyə başladılar və Ukraynada millətçiliyi təşviq etdilər”.
Rusiya Prezidenti, həmçinin NATO-nun Rusiyanın “tarixi ərazilərini mənimsəməyə” başlamamalı olduğunu iddia edib.
Bizim.Media