Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Şahvəlilər kəndi ərazisində olub.
Belə ki, hərəkətdə olan “KIA Rio” markalı avtomobil “VAZ-2106” markalı maşınla toqquşub.
Qəza nəticəsində xəsarət alan şəxslər təcili tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


Bizim.Media