“Fənərbağça”nın transfer qadağası aradan qaldırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
Klub Youssef En-Nesyrinin transferi ilə bağlı “Sevilya”ya ödənilməli olan məbləğin köçürülməsini yekunlaşdırıb.
Müvafiq ödəniş həyata keçirildikdən və prosedurlar tamamlandıqdan sonra FİFA “Fənərbaxça”ya tətbiq olunan üç transfer dönəmlik qadağanı rəsmi olaraq aradan qaldırıb.
Bizim.Media