Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (1 kişi, 3 qadın) 01.10.2026-cı il tarixində saat 12:10 radələrində Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Bizim Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Digər şəxsin isə müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, hadisə avtobusla maşının toqquşması nəticəsində baş verib.
Fəridə, Bizim.Media