Ukrayna ilk dəfə yerli istehsal olan FP-7 ballistik raketini döyüş şəraitində tətbiq edib.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, raket “Fire Point” şirkəti tərəfindən istehsal olunub.
“Bundan sonra isə istehsal gəlir”, – Zelenski qeyd edib.
Məlumata görə, FP-7 yerüstü buraxılış üçün nəzərdə tutulmuş Ukrayna taktiki ballistik raketidir. Raketin elan edilən uçuş məsafəsi 200 kilometrədək, döyüş başlığının çəkisi 150 kiloqramadək, sürəti isə saniyədə 1500 metrə (təxminən 4,4 Max) çatır. Dəqiqliyinin isə təxminən 14 metr olduğu bildirilir.
Bizim.Media