Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Qədim Albaniyanın ən böyük şəhərlərindən biri olan Balakən antik tarixçilərin ən çox diqqət yetirdiyi şəhərlərimizdən olub. Yunan coğrafiyaçısı Strabon qədim Balakən ərazisini "Məbədlər diyarı" adlandırırdı. Strabonun özü bu ərazilərə qayıqla gəlib və Ay ilahəsinin şərəfinə tikilmiş məbədlərlə rastlaşması onu təəccübləndirib.

Qədimdə buranın sakinləri ayı və günəşi ilahiləşdirərək onlara sitayiş ediblər. İndiyədək günəş və ay tutulmaları zamanı ləyən döyüb, fişəng atmaqla ayı və ya günəşi udmaq istəyən əjdahanı qovmağa çalışırlar. Ümumiyyətlə, aya və günəşə etiqad ən qədim inanclardandır. Atəşpərəstlikdə, şamanlıqda, xristianlıqda, nəhayət islam dinində də dərin kök salıb. Müsəlmanlar ayı görəndə salavat çevirirlər.

Şeyx Şamilin Balakən planı

Balakən bol təbii sərvətlərə, münbit torpaqlara malik olduğuna və mühüm strateeji əhəmiyyət kəsb etdiyinə görə həmişə ayrı-ayrı vaxtlarda mübarizə və müharibə meydanına çevrilib. XIX əsrin 50-ci illərində dağlıların azadlıq hərəkatının başçısı Şeyx Şamil bu yerlərdə olur. Onun məqsədi çarizmin siyasətindən narazı olan yerli əhalini üsyana qaldıraraq türklərlə birləşmək idi. Lakin müridlərə və üsyançılara qarşı bölgəyə ruslar əlavə qüvvələr yeridirlər. Bir neçə vuruşmadan sonra İmam Şamil geri çəkilməyə məcbur olur.

 

Bu bölgəni nəzarətdə saxlamaq üçün çarizmin apardığı tədbirlərdən biri də yerli əhalinin zorla xristianlaşdırması idi. XIX əsrdə çarizm bu yerlərdə bir neçə dəfə xristianlaşdırma siyasəti aparmağa cəhd etsə də, onların hamısına yerli müsəlmanlar üsyanla cavab verir.

 

Rusların bu yerlərdə apardığı xristianlaşdırma siyasəti onların özlərinə Qafqazda dayaq hesab etdikləri ermənilərin bu bölgəyə axını üçün şərait yaradır. Bu diyarın iqtisadiyyatının tar-mar edilməsində erməni tacir-sələmçiləri xüsusi fəallıq göstərir. Bölgənin iqtisadiyyatını ələ keçirmək istəyən ermənilərə hakimiyyətdə olan ruslar müxtəlif vasitələrlə – kəndlilərə borc verib, sonradan borcu yığılan kəndliləri torpaqlarını hərraca çıxarmağa məcbur etməklə kömək edirdilər, nəticə etibarilə kəndlilər torpaqlarını onlara satmaq məcburiyyəti qarşısında qalırdılar.

Dədə Qorqudun qopuzuna niyə Avar Sazı deyilir?

Balakənlə bağlı daha bir maraqlı məlumat var ki, Dədə Qorqudun tənburunun bugünədək Balakəndə qorunub saxlanıldığı deyilir. Tənbur türkdilli xalqlar arasında ən geniş yayılmış saza bənzər simli musiqi alətidir, qopuz da deyilir. Bu gün Qax, Zaqatala, Balakən zonasında, avar və ingiloy kəndlərində populyardır. Yerli camaatın tanburi adlandırdığı bu alətə avar sazı da deyirlər.

Balakənin adına gəlincə, bəzən onu çox sadə şəkildə “balaca/bala kənd” mənasında izah edilər. Amma bu şəhər təkcə türklərin yaşadığı yer olmayıb, demək olar ki “xalqlar dostluğu” adlana biləcək bir bölgədir. V əsrdən etibarən gürcü mənbələri Albaniyanın Belakan adlı yaşayış məntəqəsi barədə məlumat verirlər. Bel türk xalqlarında dağ, həmçinin tanrı anlamını daşıyıb. Kan isə məkan, ərazi deməkdir. Bir tərəfdən dağlıq ərazi kimi izah edilsə də, digər tərəfdən “Tanrının dərgahı” olaraq qədim türklər qəbul edib.

Oğuz sərkərdəsi Balaxanın qəbri sirləri açdı

Başqa bir iddiaya görə Oğuz sərkərdəsi Balakanın (Balaxan) adını daşıyır. Balakənin Təpəçöl adlanan ərazisində 1990-cı illərdə aparılan arxeoloji qazıntılar bu versiyanı təsdiq edib. Təpəçöldəki kurqanda Oğuz sərkərdəsi Balakanın qəbri aşkar edilib.

Qeyd edək ki, 1830-cu ilə qədər rəsmi olaraq Car-Balakən (tarixi mənbələrdə Car-Balakən camaatlığı) adlanıb.

Balakən Car-Balakən icması Qafqazda cərəyan edən hadisələrə mühüm, bəzən də həlledici təsir göstərirdi. Tarixşünaslıqda Car etnonimi müxtəlif baxımdan izah olunur. Bəzi tarixçilər onu Car-Pilləkən olaraq qəbul edirlər: mənası “yola dikilmiş pilləkən” deməkdir. 1930-cu ildə isə müstəqil Balakən rayonu yaradılıb. Daha sonra Zaqatalanın tərkibinə salınsa da, 1965-ci ildən yenidən ayrıca rayon statusu alıb.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

“Fənərbağça” üçün ŞAD XƏBƏR

“Fənərbağça” üçün ŞAD XƏBƏR

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Cəlilabadda ev yandı - FOTO

Cəlilabadda ev yandı - FOTO

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO