“SSRİ-nin dağılması bir neçə nəsil sovet rəhbərliyinin yol verdiyi daxili disbalansların və səhvlərin nəticəsi olub”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında deyib.
Putin bildirib ki, praqmatizm əvəzinə dar və qeyri-adekvat ideoloji yanaşmaların tətbiqi, peşəkarlığın aşağı olması və aşkar problemlərin ört-basdır edilməsi ölkədəki vəziyyəti tədricən zəiflədib:
“Sovet liderləri Qərbin rəğbətini qazanmağa çalışırdı. Qərb ölkələrinin rəhbərlərinin isə dünyanı öz maraqlarına uyğun yenidən formalaşdırmaq və sovet irsindən mümkün qədər böyük pay əldə etmək niyyətində idi. SSRİ-nin dağılması bir gecədə sərhədlərin o tayında qalan on milyonlarla insan üçün əsl faciəyə çevrildi”.
Bizim.Media