“Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiyanın doktrinal sənədlərində nüvə silahından istifadə şərtləri dəqiq müəyyənləşdirilib. Peskov qeyd edib ki, əsas şərtlərdən biri ölkənin ərazi bütövlüyünün müdafiəsidir.
Kremlin sözçüsü qeyd edib ki, NATO Rusiyaya qarşı hər hansı tədbir görməyi planlaşdırmırsa, alyansın narahatlıq üçün səbəbi yoxdur.
Bizim.Media