Köhnə dostlar düşmənə ÇEVRİLİR – “Döyüş yoldaş”ları Baqratı yarı yolda QOYDULAR...

Erməni keşiş Baqrat Qalstanyan İrəvandan və buradakı revanşistlərdən əli üzülüb əyalətə qayıdır. O dünən növbəti mitinqin Zodda olacağını bəyan edib. O bildirib ki, bu gün saat 18:00-da Zodda toplaşacaqlar:

“Biz Zodu seçdik, çünki sərhəd oradan birbaşa görünür”.

Təxribatçı keşiş yaxın gələcəkdə Sünikə (Zəngəzur) də səfər etməyi planlaşdırdığını bildirib. Lakin o, dəqiq tarix açıqlamayıb. 

Bu da o deməkdir ki, Baqrat Qalstanyan meydanda təklənir. Ona görə də məğlubiyyətini sığortalamaq və İrəvandakı uğursuzluğuna don geyindirmək üçün paytaxtdan çəkilir. Yəqin ki, bu gediş  birdəfəlik olacaq. Çünki onu İrəvanda yaxşı heç nə gözləmir. Ola bilsin ki, erməni keşişin İrəvana növbəti qayıdışı həbsi ilə nəticələnsin.

Bəs, Baqrat Qalstanyan niyə uğursuzluğa düçar oldu?

Bunun bir sıra səbəbləri var. Ən əsası odur ki, o siyasi cəhətdən yetkin deyildi. heç zaman siyasi proseslərdə iştirak etməmişdi. Ancaq populist çıxışları ilə özünə müəyyən auditoriya qazanmışdı. 

Yada salaq ki, 44 günlük müharibədən sonra anti-Azərbaycan çağırışları edən radikallardan biri də Baqrat Qalstanyan idi. O hələ 2022-ci ildə sayıqlayırdı ki, Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq:

“İnanıram ki, erməni üçrəngli bayrağı yenidən Kəlbəcər yamaclarında, Araz vadilərində, Şuşa və Hadrut yüksəkliklərində dalğalanacaq. Mən Ermənistan ordusunun şərəf və şöhrətinə inanıram”.

Erməni keşişin bu sözləri nə qədər gurultulu olsa da, bunun real olacağına yəqin ki, o özü də inanmırdı. Amma siyasi ambisiya onu bu cür danışmağa vadar edirdi. Bu bəlkə də siyasi ambisiya deyildi, bir öhdəliyin görünən simptomları idi. 

Kanada Erməni Kilsəsinin Yeparxiyasının primatiliyindən birdən-birə Tavuşa arxiyeskop kimi göndərilən Baqrat Qalstanyan bəzi daxili və xarici qüvvələrin ehtiyat variant idi. 

Nəzərə alaq ki, apostal kilsəsinin erməni cəmiyyətinə təsiri böyükdür. 

Ermənistanın “baş keşişi” II Qareginin revanşistlərlə və xarici kəşfiyyat orqanları ilə sıx əlaqəsi var. Bununla belə Paşinyan hakimiyyətə gəldiyi gündən yerini göstərdiyi ilk şəxs II Qaragen olmuşdu. Ona görə də ötən 6 ildə erməni katelikosun Paşinyanla heç zaman “ulduzu barışmadı”. Sonda isə Tavuşda başlayan delimitasiya –demarkasiya proseslərindən sonra yaranan narazılıqdan istifadə edən II Qargin Baqrat Qalstanyan kartını ortaya atdı. 

Hər kəs ilk gündən bilirdi ki, erməni keşişi II Qaregin və revanşistlər idarə edir. Təsadüfi deyil ki, Baqrat Qalstanyan hələ Tavuşda olarkən bəzi qüvvələr onu növbəti baş nazir kimi gördüklərini bəyan etdilər. Bu cür təriflərdən xoşhal olan erməni keşiş ağalarının göstərişiylə İrəvana üz tutdu. 

İrəvanda isə onu xalq yox, revanşistlər qarşılaşdı. Sabiq prezidentlər – Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan hər biri ayrı-ayrılıqda erməni keşişlə görüşdü. Ona Paşinyanla mübarizədə hər cür yardım vəd etdilər. 

Təbii ki, II Qaregin də boş dayanmadı. 

O, Baqrat Qalstanyanın siyasi olimpə doğru yolunu açmaq üçün onu Tavuş arxiyepiskopluğundan azad etdi. Deyilən təriflərdən, verilən qonorarlardan ağlını itirən erməni keşiş o qədər həyəcanlandı ki, hətta danışıq tərzini dəyişdi. Çıxış etdiyi mitinqlərdə  o Paşinyanı ən ağır şəkildə təhqir edirdi.

Bu azmış kimi mayın 9-da Baqrat Paşinyana istefaya getmək üçün 1 saat vaxt verdi. Təbii ki, Ermənistan rəhbəri Qalstanyanın nə istefa, nə də ki, görüş təkliflərini müsbət cavab vermədi. Əksinə hakimiyyət onu və II Qaregini maliyyə fırıldaqçılığında ittiham etdi. 

Bir sözlə son 2 aya yaxın vaxtda Paşinyan Qalstanyanın heç bir fikrini ciddiyə almadı. Yalnız bir məqamdan başqa. Yada salaq ki, mitinqlərin birində erməni keşiş Paşinyanı dövlət əmlakını mənimsəməkdə ittiham etdi:
 

“Bir zamanlar bir velosipedin vardı. Hanı o velosiped?”

Bu fikirlərin səslədiyi günün ertəsin gün Paşinyan öz sevimli velosipedi ilə İrəvan küçələrində poz verdi. Vəssalam!

Bundan başqa, Paşinyan erməni keşişin heç bir bəyanatına reaksiya vermədi. Paşinyanın arxayınçılığınınsa bir sıra səbəbləri var. Ən əsası da o idi ki, istənilən ölkədə rəngli inqilabı Qərb həyata keçirir. Paşinyan da məhz bu yolla hakimiyyətə gəlmişdi. Ona görə də Baqrat Qalstanyanın belə bir şansı yox idi. Onu bəzi xarici qüvvələr və yerli revanşistlər dəstəkləyirdi. Onların da Ermənistandakı siyasi proseslərə səmt vermək imkanları çoxdan tükənib. 

Məhz bunu dərk etdikləri üçün sabiq prezidentlər erməni keşişi meydanda tək qoydular. Hətta onunla yaxından-uzaqdan əlaqələrinin olmadığını dilə gətirdilər. Bundan rəncidə olan erməni keşiş də son iki gündə daha çox Paşinyanın yox, onu meydanda tək qoyan Levon Ter-Petrosyanın, Robert Köçəryanın və Sej Sarkisyanın ifşası ilə məşğuldur.

Beləliklə, Paşinyana qarşı Baqrat Qalstanyanla bir cəbhədə birləşən revanşistlər arasında ciddi ziddiyyətlər yaranıb. Bu da daha çox Paşinyanın işinə yarayır. Bu gedişlə Ermənistanın siyasi həyatında daha bir səhifə qapadılmağa hazırlanır. Bu qapanma kimlərin sonunu gətirəcək?
İndiki halda bu suala cavab vermək bir qədər çətindir. Amma görünən odur ki, Baqrat Qalstanyan İrəvandan qaçmağa qərar verib. 

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

6 aydır axtarılan iranlı pilotların aqibəti BƏLLİ OLDU - FOTO

6 aydır axtarılan iranlı pilotların aqibəti BƏLLİ OLDU - FOTO

Hökumə Əliyevanın anasını duyğulandıran jest –VİDEO

Hökumə Əliyevanın anasını duyğulandıran jest –VİDEO

Deputatın oğlu MİT-ə qəbul olundu

Deputatın oğlu MİT-ə qəbul olundu

Almaniyadan TƏCİLİ XƏBƏRDARLIQ – Rusiya bu əraziləri bombalayacaq

Almaniyadan TƏCİLİ XƏBƏRDARLIQ – Rusiya bu əraziləri bombalayacaq

Məktəblər bu tarixdə başlayacaq -Rəsmən elan edildi

Məktəblər bu tarixdə başlayacaq -Rəsmən elan edildi

Rusiyanın strateji obyektləri belə vuruldu – VİDEO

Rusiyanın strateji obyektləri belə vuruldu – VİDEO

Tbilisi küçələri sel sularına qərq oldu – VİDEO

Tbilisi küçələri sel sularına qərq oldu – VİDEO

İlham Zəkiyev Avropa çempionatının FİNALINDA

İlham Zəkiyev Avropa çempionatının FİNALINDA

“Amay”da öldürülən şəxs iş adamı imiş- Fotolar

“Amay”da öldürülən şəxs iş adamı imiş- Fotolar

Bu bürclərin bəxt üzünə "güləcək": Qarşıda uğurlu günlər var

Bu bürclərin bəxt üzünə "güləcək": Qarşıda uğurlu günlər var

"Qarabağ"dan getdi - Hava limanında görüntülənib

"Qarabağ"dan getdi - Hava limanında görüntülənib

Onu əvəz etməyə namizədi yoxdur

Onu əvəz etməyə namizədi yoxdur

“28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid olacaq

“28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid olacaq

Şam yeməyində bir bakal şərab həqiqətən zərərsizdir?

Şam yeməyində bir bakal şərab həqiqətən zərərsizdir?

Zidan aşpazı da milliyə dəvət etdi

Zidan aşpazı da milliyə dəvət etdi

Elman Paşayevin oğlu Moskvada qətl və dələduzluqda ittiham olunur

Elman Paşayevin oğlu Moskvada qətl və dələduzluqda ittiham olunur

Tiflisdə güclü yağış torpaq sürüşməsinə səbəb oldu

Tiflisdə güclü yağış torpaq sürüşməsinə səbəb oldu

Merti daha bir serialda görəcəyik

Merti daha bir serialda görəcəyik

Bakıda və rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Şampan ürəyə xeyirli imiş - Elmi ARAŞDIRMA

Şampan ürəyə xeyirli imiş - Elmi ARAŞDIRMA

Masallıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

Masallıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

Emin Ağalarovdan "Sea Breeze"dəki hadisə ilə bağlı AÇIQLAMA

Emin Ağalarovdan "Sea Breeze"dəki hadisə ilə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə reklamverənlərə ŞAD XƏBƏR: ƏDV ödəməyəcəklər – FOTO

Sosial şəbəkələrdə reklamverənlərə ŞAD XƏBƏR: ƏDV ödəməyəcəklər – FOTO

Kuril adalarının sahillərində güclü ZƏLZƏLƏ baş verdi

Kuril adalarının sahillərində güclü ZƏLZƏLƏ baş verdi

End of content

No more pages to load

RADİO