Bakının mərkəzində yeni təhlükə – Sakinlər təxliyə oluna bilər

Xəbər verdiyimiz kimi, avqustun 9-da Bakının Xətai rayonunda yanacaq çənində güclü yanğın baş verib. Paytaxtın strateji ərazilərindən birində bu kimi yanacaq çənlərinin, boru xətlərinin, neft bazalarının, yanacaq depolarının və neft emalı zavodunun yerləşməsi ciddi təhlükə mənbəyi hesab olunur.

Bakıda yanacaq çənində baş verən yanğın nədən xəbər verir? Bu müəssisələrin şəhərdən kənara köçürülməsi ilə bağlı məsələ gündəmdə idi. Bəs hazırda bu istiqamətdə vəziyyət necədir?

Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan təhlükəsizlik eksperti Samir Nəbiyev deyib ki, Bakıda yanacaq çənində baş verən yanğını bir obyektin lokal problemi kimi qiymətləndirmək olmaz:

“Bu hadisə paytaxtda sıx yaşayış massivlərinə yaxın ərazilərdə yüksək təhlükəli neft-qaz infrastrukturunun yerləşməsinin yaratdığı texnogen riskləri yenidən gündəmə gətirir. Yanacaq çənləri, neft bazaları, magistral və texnoloji boru xətləri, depolar və neft emalı müəssisələri ilə bağlı risk yalnız yanğınla məhdudlaşmır. Burada zəncirvari yanğın, partlayış, toksik tüstünün yayılması və geniş ərazinin təxliyəsi zərurəti yarana bilər”.

Ekspert xatırladıb ki, vaxtilə belə sənaye obyektlərinin şəhərdən kənara çıxarılması məsələsi müzakirə olunurdu:

“Lakin hazırda açıq rəsmi məlumatlarda neft emalı zavodunun köçürülməsi istiqamətində konkret icra müddəti görünmür. Əsas istiqamət modernləşmədir. Bakı kimi əhalinin sıx yaşadığı ərazilərdə məsələ yenidən kompleks şəkildə qiymətləndirilməlidir”.

S.Nəbiyevin sözlərinə görə, burada iqtisadi maraqlardan əlavə, insan həyatı, şəhərin təhlükəsizliyi və fövqəladə hallara dayanıqlılıq əsas götürülməlidir:

“Əsas vacib nüansa da diqqət çəkək. Bütün neft emalı zavodlarının Bakıdan çıxarılmalı olduğunu demək də doğru olmazdı. Boru xətləri və strateji istehsalat infrastrukturu üzrə ayrıca kəmiyyət qiymətləndirilməsi aparılmalı, fərdi və sosial risk zonaları hesablanmalı, nəticəyə əsasən modernləşmə, əlavə mühafizə zonalarının yaradılması və digər qərarlar verilməlidir. Yəni məsələ emosional yox, risk hesablamalarına əsaslanan yanaşma ilə həllini tapmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

“Fənərbağça” üçün ŞAD XƏBƏR

“Fənərbağça” üçün ŞAD XƏBƏR

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Cəlilabadda ev yandı - FOTO

Cəlilabadda ev yandı - FOTO

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO