Leyla Əliyeva və Arzu Əliyeva Madriddə beynəlxalq incəsənət sərgisində - FOTO

Madriddəki Pons Fondunda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılış mərasimi olub.

Bizim.Media xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, İspaniyada akkreditə olunmuş diplomatik korpusun üzvləri, incəsənət nümayəndələri və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın ideya müəllifliyi ilə reallaşan MAMA “Ana Təbiət” beynəlxalq incəsənət sərgisi müxtəlif ölkələri və mədəniyyətləri təmsil edən rəssamları bir araya gətirərək insanlarla təbiət arasındakı əlaqənin, eləcə də ətraf mühitin qorunmasının vacibliyini diqqətə çatdırır.
 

Layihə ilk dəfə 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda, Heydər Əliyev Mərkəzində təqdim olunub. Sərgi sonradan beynəlxalq miqyas qazanaraq Manama, Roma, London, Tbilisi, Berlin, Tirana, Cenevrə və Riqada nümayiş etdirilib.


Bu dəfə isə sərgi Heydər Əliyev Fondunun və Azərbaycanın İspaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Madriddə təqdim olunur.

Açılış mərasimində çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov MAMA “Ana təbiət” layihəsinin incəsənət və bəşəriyyət arasındakı dərin əlaqəni araşdıran beynəlxalq bədii təşəbbüs olduğunu bildirib. Layihənin müasir dövrün ekoloji çağırışlarına diqqət çəkdiyi qeyd olunub.

Səfir layihənin ideya müəllifi Leyla Əliyevaya sərginin Madrid şəhərində keçirilməsinə görə təşəkkürünü bildirib, ekspozisiyanın yalnız incəsənətə marağın artırılmasına deyil, həm də ziyarətçilərdə ətraf mühitə qarşı daha çox məsuliyyət və qayğı hissinin formalaşmasına töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Sonra çıxış edən İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Şimali Amerika, Şərqi Avropa, Asiya və Sakit Okean Baş idarəsinin rəisi Lui Fonseka Sançez ölkəsinin incəsənətin, yaradıcılığın və mədəniyyətin diyarı olduğunu bildirib.
 

Qeyd edib ki, məhz bu güc sayəsində Azərbaycan kimi tərəfdaşlarla dialoq və əməkdaşlıq üçün yeni imkanlar açılır. İspaniya həm də Avropada ən geniş qorunan təbiət ərazilərinə malik ölkələrdən biridir. Bu ərazilər minlərlə ziyarətçi üçün əlçatandır və bu da ekosistemlərin, biomüxtəlifliyin qorunmasının əhəmiyyətini dərk edən bir cəmiyyətin formalaşdığını göstərir.


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva çıxışında MAMA “Ana təbiət” beynəlxalq layihəsinin əhəmiyyətindən danışıb. Bu sərginin ilk dəfə COP29 çərçivəsində Bakıda nümayiş etdirildiyini xatırladan Leyla Əliyeva deyib ki, ekspozisiya daha sonra dünyanın müxtəlif ölkələrində təşkil olunaraq təbiət, ətraf mühit və ümumi gələcəyimizlə bağlı mühüm mesajı özündə daşıyıb.

“Təbiət bizim anamızdır. O, bizə torpaq, su və hava bəxş edir. Lakin bütün bunlara baxmayaraq, biz insanlar təbiətin bəxş etdiyi bu nemətlərə zərər verməkdə davam edirik. Bu sərgi daha yaxşı gələcəyə doğru atılan növbəti addımdır”, - deyə Fondun vitse-prezidenti əlavə edib.

Qeyd edək ki, sərgi sentyabrın 9-dan 18-dək ziyarətçilər üçün açıq olacaq.

Ekspozisiyada Azərbaycan, İspaniya, İtaliya, Latviya, Ukrayna, Gürcüstan, Birləşmiş Krallıq, Almaniya və digər ölkələrdən olan tanınmış müasir rəssamların əsərləri sərgilənir.









































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampdan gənc köməkçilərini belə mükafatlandırdı

Trampdan gənc köməkçilərini belə mükafatlandırdı

Ceyhun Bayramov: Azərbaycan Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi prosesini izləyir

Ceyhun Bayramov: Azərbaycan Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi prosesini izləyir

"QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova HÖKM OXUNDU

"QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova HÖKM OXUNDU

“Zipline”nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış- Video

“Zipline”nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış- Video

“30 kq çəkisi olan məktəblinin çantası 3 kiloqramı keçməməlidir”

“30 kq çəkisi olan məktəblinin çantası 3 kiloqramı keçməməlidir”

ABŞ-ın borcu açıqlandı - İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədə

ABŞ-ın borcu açıqlandı - İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədə

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı

Sabah Biləcəri stansiyasından Ermənistana qatar yola salınacaq

Sabah Biləcəri stansiyasından Ermənistana qatar yola salınacaq

Azərbaycan qızlarının göstərdiyi nəticə beynəlxalq təcrübəni alt-üst etdi – Əsrlərin statistikası dəyişir

Azərbaycan qızlarının göstərdiyi nəticə beynəlxalq təcrübəni alt-üst etdi – Əsrlərin statistikası dəyişir

Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıldı

Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıldı

Ağac qabığından xəzinə tapıldı: Qızıl və gümüş hər yerə səpələnib – FOTO

Ağac qabığından xəzinə tapıldı: Qızıl və gümüş hər yerə səpələnib – FOTO

“Qalatasaray” Çempionlar Liqasında mübarizəyə başlayır

“Qalatasaray” Çempionlar Liqasında mübarizəyə başlayır

ŞAD XƏBƏR – Bunu etsəniz mükafat qazanacaqsınız

ŞAD XƏBƏR – Bunu etsəniz mükafat qazanacaqsınız

Bakının bu rayonlarında təbii artım azaldı - Statistika

Bakının bu rayonlarında təbii artım azaldı - Statistika

Yaxın günlərdə Coşqunun toyu olacaqmış...

Yaxın günlərdə Coşqunun toyu olacaqmış...

Bakı Limanı Asiyanın aparıcı limanlarını bir araya gətirdi – FOTO

Bakı Limanı Asiyanın aparıcı limanlarını bir araya gətirdi – FOTO

İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndərdilər - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndərdilər - VİDEO

Uşağınız məktəbə hazırdırmı? - Valideynlərin etdiyi ƏSAS SƏHVLƏR

Uşağınız məktəbə hazırdırmı? - Valideynlərin etdiyi ƏSAS SƏHVLƏR

Leyla Əliyeva və Arzu Əliyeva Madriddə beynəlxalq incəsənət sərgisində - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Madriddə beynəlxalq incəsənət sərgisində - FOTO

Zərdabda beş nəfərin öldüyü qəzada həlak olan sürücü müəllim imiş – FOTO

Zərdabda beş nəfərin öldüyü qəzada həlak olan sürücü müəllim imiş – FOTO

Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı

Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı

Ceyhun Bayramov: “Ermənistanla bu sahədə razılığa gəlmişik” - FOTO

Ceyhun Bayramov: “Ermənistanla bu sahədə razılığa gəlmişik” - FOTO

Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə

Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə

Ceyhun Bayramovdan TRIPP-lə bağlı AÇIQLAMA - VİDEO

Ceyhun Bayramovdan TRIPP-lə bağlı AÇIQLAMA - VİDEO

End of content

No more pages to load

RADİO