Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident İlham Əliyev Aleksandr Şarovskinin vəfatı ilə bağı nekroloq imzalayıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Xalq artisti Aleksandr Şarovski VƏFAT ETDİ - VİDEO


Bizim.Media xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan teatr sənətinin tanınmış nümayəndəsi, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti Aleksandr Yakovleviç Şarovski 2026-cı il sentyabrın 9-da ömrünün 79-cu ilində vəfat etmişdir.

Aleksandr Şarovski 1948-ci il fevralın 10-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1968–1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili və ədəbiyyatı fakültəsində ali təhsil almışdır.
 

Əmək fəaliyyətinə hələ tələbə ikən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayan Aleksandr Şarovski ömrünü teatr sənətinə həsr edərək, 1976-cı ildən etibarən yarım əsrlik bir dövr ərzində Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında aktyor, rejissor assistenti və quruluşçu rejissor, 1993-cü ildən isə baş rejissor vəzifələrində çalışmışdır.


Azərbaycan səhnə sənətinin əldə etdiyi nailiyyətlərdə Aleksandr Şarovskinin teatrın klassik ənənələrindən və müasir inkişaf təmayüllərindən məharətlə faydalanmış sənətkar kimi böyük xidmətləri vardır. O, teatr səhnəsində özünün təbiiliyi ilə seçilən obrazlar canlandırmışdır.

Rejissor kimi zəngin yaradıcılıq axtarışları sayəsində onun Azərbaycan və dünya dramaturji irsinin dəyərli nümunələrinə quruluş verdiyi çox sayda tamaşa parlaq səhnə həlli ilə seçilmiş və teatr mühitində rəğbətlə qarşılanmışdır. Bu tamaşalar ölkəmizin hüdudlarından kənarda da mötəbər teatrlarda uğurla nümayiş etdirilmiş və Azərbaycan mədəniyyətinin təbliği işinə töhfə vermişdir.

Aleksandr Şarovski eyni zamanda geniş ictimai fəaliyyəti ilə tanınırdı. O, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü və Avropa yəhudilərinin Bakı dini icmasının rəhbəri olaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və ölkəmizdə multikultural dəyərlərin qorunub saxlanılması üçün var qüvvəsini əsirgəməmişdir.
 

Aleksandr Şarovskinin Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, “Əməkdar artist” (1987) və “Xalq artisti” (1998) fəxri adlarını almış, Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” (2008), “Şərəf” (2018) ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2023) ilə təltif edilmişdir.


Tanınmış sənətkar və ictimai xadim, səmimi insan Aleksandr Yakovleviç Şarovskinin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Qəbri nurla dolsun!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Ramin Məmmədov

Polad Bülbüloğlu

Anar Rzayev

Hacı İsmayılov

Şəfiqə Məmmədova

Lyudmila Duxovnaya".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşaqlar üçün GİZLİ TƏHLÜKƏ: Telefon və planşetlərin daha bir qorxunc fəsadı ÜZƏ ÇIXDI

Uşaqlar üçün GİZLİ TƏHLÜKƏ: Telefon və planşetlərin daha bir qorxunc fəsadı ÜZƏ ÇIXDI

Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlandı

Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlandı

Xalq artisti son mənzilə yola salındı – FOTO

Xalq artisti son mənzilə yola salındı – FOTO

İsrail Britaniyalı diplomatları ölkədən çıxarır

İsrail Britaniyalı diplomatları ölkədən çıxarır

Doğum tarixinə görə insanları ən yaxşı tanıyan 4 qrup

Doğum tarixinə görə insanları ən yaxşı tanıyan 4 qrup

7 dəfə əməliyyat keçirən model VƏFAT ETDİ

7 dəfə əməliyyat keçirən model VƏFAT ETDİ

Gürcüstandan havaya qalxan təyyarə Türkiyədə dənizə məcburi eniş etdi – VİDEO

Gürcüstandan havaya qalxan təyyarə Türkiyədə dənizə məcburi eniş etdi – VİDEO

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı – VİDEO

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı – VİDEO

İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsi Naxçıvanda saxlanıldı – SƏBƏB - FOTO

İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsi Naxçıvanda saxlanıldı – SƏBƏB - FOTO

Şərq nağılı Bakıda: Hind sərgisindən VİDEOREPORTAJ

Şərq nağılı Bakıda: Hind sərgisindən VİDEOREPORTAJ

“Küçələrdə, yol kənarlarında heyvan kəsimi yolverilməzdir” – AQTA-dan XƏBƏRDARLIQ – FOTO

“Küçələrdə, yol kənarlarında heyvan kəsimi yolverilməzdir” – AQTA-dan XƏBƏRDARLIQ – FOTO

Trampdan gənc köməkçilərini belə mükafatlandırdı

Trampdan gənc köməkçilərini belə mükafatlandırdı

Ceyhun Bayramov: Azərbaycan Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi prosesini izləyir

Ceyhun Bayramov: Azərbaycan Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi prosesini izləyir

"QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova HÖKM OXUNDU

"QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova HÖKM OXUNDU

“Zipline”nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış- Video

“Zipline”nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış- Video

“30 kq çəkisi olan məktəblinin çantası 3 kiloqramı keçməməlidir”

“30 kq çəkisi olan məktəblinin çantası 3 kiloqramı keçməməlidir”

ABŞ-ın borcu açıqlandı - İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədə

ABŞ-ın borcu açıqlandı - İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədə

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı

Sabah Biləcəri stansiyasından Ermənistana qatar yola salınacaq

Sabah Biləcəri stansiyasından Ermənistana qatar yola salınacaq

Azərbaycan qızlarının göstərdiyi nəticə beynəlxalq təcrübəni alt-üst etdi – Əsrlərin statistikası dəyişir

Azərbaycan qızlarının göstərdiyi nəticə beynəlxalq təcrübəni alt-üst etdi – Əsrlərin statistikası dəyişir

Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıldı

Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıldı

Ağac qabığından xəzinə tapıldı: Qızıl və gümüş hər yerə səpələnib – FOTO

Ağac qabığından xəzinə tapıldı: Qızıl və gümüş hər yerə səpələnib – FOTO

“Qalatasaray” Çempionlar Liqasında mübarizəyə başlayır

“Qalatasaray” Çempionlar Liqasında mübarizəyə başlayır

ŞAD XƏBƏR – Bunu etsəniz mükafat qazanacaqsınız

ŞAD XƏBƏR – Bunu etsəniz mükafat qazanacaqsınız

End of content

No more pages to load

RADİO