Azərbaycan qızlarının göstərdiyi nəticə beynəlxalq təcrübəni alt-üst etdi – Əsrlərin statistikası dəyişir

Azərbaycan qızlarının göstərdiyi nəticə beynəlxalq təcrübəni alt-üst etdi – Əsrlərin statistikası dəyişir
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Riyaziyyat, məntiq, proqramlaşdırma kimi dəqiqlik tələb edən sahələrdə tarix boyu və bu gün də ən yüksək göstəricilər kişilərin “aktiv”inə yazılıb. Futbol terminini yada salmışkən, bəzən hətta “Riyaziyyat futbol kimidir, onu kişilər daha yaxşı bacarır” deyənlər də az deyil. 

Riyaziyyat doğrudanmı qadın beyninin məhsulu deyil? 

Əslində cavab sosial təfəkkürdədir. Min illərlə formalaşmış əmək bölgüsü, təhsil imkanları, peşə seçimi, elmi tərəqqilər “riyaziyyat kişi işidir” təsəvvürünü yaradıb. Başqa sözlə, qadınların bu sahələrə girişi məhdudlaşdırılıb. Amma bu, qadınların bu sahədə zəif olduğunu göstərmir. Dünyanın ən böyük riyaziyyatçılarından bəziləri qadınlardır. 
 

Sofya Kovalevskaya diferensial tənliklər və mexanika sahəsində tarixə düşüb, Olqa Ladizenskaya qismən diferensial tənliklər və maye dinamikası sahəsində böyük alim idi. Emmi Noyzer müasir abstrakt cəbrin və riyazi fizikanın fundamental simalarından birinə çevrilib.


Məryəm Mirzəxani isə Filds Medalını (riyaziyyat sahəsində ən yüksək mükafatlardandır) alan ilk qadın olub. Azərbaycanda isə Tamilla Nasirova xüsusi ehtimal nəzəriyyəsi üzrə çalışıb, Azərbaycanın ilk qadın riyaziyyat professoru dərəcəsini alıb.

Riyaziyyat qavramı cins fərqi tələb etmirsə, o zaman “Qızlar ilk dəfə riyazi savadlılıqda oğlanları keçib” düşüncəsi niyə təəccüb yaradır? 

Riyaziyyat üzrə fəlsəfə doktoru Sadiq Əliyev Bizim.Media-ya açıqlamasında diqqətə çatdırdı ki, burada söhbət müəyyən mərhələdə şagirdlərin biliyinin qiymətləndirilməsindən gedir. PİSA (Programme for International Student Assessment) 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını ölçən qiymətləndirmə modelidir.  
 

“Şagirdlərin göstəriciləri əsasında ümumilikdə elm sahəsinə olan marağı eyniləşdirmək düzgün deyil. Qrup ortalamaları başqa şeydir, konkret elmi qabiliyyət başqa. Genetik olaraq riyaziyyat cinsə görə formalaşmır. Tarix boyu da, günümüzdə də fizika-riyaziyyat sahəsində kifayət qədər yüksək nəticələr göstərən qadınlarımız var. Əgər əvvəllər kişilər bu sahəyə dana çox maraq göstərirdilərsə, bu daha çox sosial maraqlardan qaynaqlanır. Digər səbəb də valideynlərin yönləndirməsidir. Adətən qız övladlarını daha çox humanitar sahələrə yönəldirlər”.  


Xatırladaq ki, PISA 2025 proqramının nəticələrinə əsasən, azərbaycanlı qızlar bütün qiymətləndirmə istiqamətləri üzrə oğlanlardan daha yüksək göstəricilər nümayiş etdiriblər. Bu barədə PISA 2025 nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev məlumat verib. 

Nazir bildirib ki, riyazi savadlılıqda ilk dəfədir ki, qızlar oğlanları keçir (qızlar 423, oğlanlar 422 bal). Əvvəllər bu istiqamətdə əsasən oğlanların xeyrinə 4 bal civarında fərq olurdu.

“Beynəlxalq təcrübədə adətən riyazi savadlılıq üzrə oğlanların üstünlüyü müşahidə edilir və dünyada oğlanların nəticələri bəzi hallarda qızlardan təxminən 10 bal yüksək olur. Azərbaycanda isə əks mənzərə yaranıb”.

Şəfiqə Şəfa, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

"Qızımı belə böyütməməli idim"

"Qızımı belə böyütməməli idim"

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Mona Lizanı görə bilmədilər

Mona Lizanı görə bilmədilər

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Payız depressiyasının çarəsi olan 10 qida

Payız depressiyasının çarəsi olan 10 qida

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tovuzda köməksiz vəziyyətdə qalan körpə belə xilas edildi – VİDEO

Tovuzda köməksiz vəziyyətdə qalan körpə belə xilas edildi – VİDEO

Paytaxtda leysan XƏBƏRDARLIĞI

Paytaxtda leysan XƏBƏRDARLIĞI

Dilarə Əliyevaya vəzifə verildi

Dilarə Əliyevaya vəzifə verildi

Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Üçtərəfli görüş harada baş tutacaq?

Üçtərəfli görüş harada baş tutacaq?

End of content

No more pages to load

RADİO