Finlandiyanın cənubunda aparılan arxeoloji kəşf ölkənin keçmişinə işıq salıb. Qazıntı zamanı Vikinq dövrünə aid 4,5 kiloqramlıq sikkə tapılıb.
Bizim.Media xəbər verir ki, Finlandiyada aparılan arxeoloji qazıntılar nəticəsində ölkədə indiyə qədər tapılan ən böyük Son Dəmir dövrünə aid sikkə xəzinəsi aşkar edilib.
“Arekonews”un məlumatına görə, metal detektorlarla aparılan axtarışlar zamanı ərazidə tapılan xəzinələrin ağcaqayın qabığından hazırlanmış xüsusi qabların içərisində olduğu aşkar edilib. Burada aşkar edilən xəzinələr təhlükəsizləşdirilərək mütəxəssislərə təhvil verilib.
Ertəsi gün arxeoloqlar digər qazıntılar zamanı təxminən 45 santimetr dərinlikdə daşların arasında gizlənmiş nəhəng bir gümüş yatağı tapıblar.


Bizim.Media