"QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova HÖKM OXUNDU

“QHT işi” üzrə ittiham olunanlardan biri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Qalib Bayramova 2 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası 3 il sınaq müddəti seçilməklə, şərti hesab olunub. Onun barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək iltizam tədbiri ilə əvəzlənib.

Prokuror təqsirləndirilən Qalib Bayramova 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını, 5 il sınaq müddəti seçilməklə, cəzasının şərti hesab olunmasını təklif etmişdi.

 

Qeyd edək ki, Qalib Bayramova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində polis nəzarəti altına vermə qətimkanı seçilib.


Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılıb.

Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.

"İştirak Evi" MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşaqlar üçün GİZLİ TƏHLÜKƏ: Telefon və planşetlərin daha bir qorxunc fəsadı ÜZƏ ÇIXDI

Uşaqlar üçün GİZLİ TƏHLÜKƏ: Telefon və planşetlərin daha bir qorxunc fəsadı ÜZƏ ÇIXDI

Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlandı

Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlandı

Xalq artisti son mənzilə yola salındı – FOTO

Xalq artisti son mənzilə yola salındı – FOTO

İsrail Britaniyalı diplomatları ölkədən çıxarır

İsrail Britaniyalı diplomatları ölkədən çıxarır

Doğum tarixinə görə insanları ən yaxşı tanıyan 4 qrup

Doğum tarixinə görə insanları ən yaxşı tanıyan 4 qrup

7 dəfə əməliyyat keçirən model VƏFAT ETDİ

7 dəfə əməliyyat keçirən model VƏFAT ETDİ

Gürcüstandan havaya qalxan təyyarə Türkiyədə dənizə məcburi eniş etdi – VİDEO

Gürcüstandan havaya qalxan təyyarə Türkiyədə dənizə məcburi eniş etdi – VİDEO

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı – VİDEO

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı – VİDEO

İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsi Naxçıvanda saxlanıldı – SƏBƏB - FOTO

İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsi Naxçıvanda saxlanıldı – SƏBƏB - FOTO

Şərq nağılı Bakıda: Hind sərgisindən VİDEOREPORTAJ

Şərq nağılı Bakıda: Hind sərgisindən VİDEOREPORTAJ

“Küçələrdə, yol kənarlarında heyvan kəsimi yolverilməzdir” – AQTA-dan XƏBƏRDARLIQ – FOTO

“Küçələrdə, yol kənarlarında heyvan kəsimi yolverilməzdir” – AQTA-dan XƏBƏRDARLIQ – FOTO

Trampdan gənc köməkçilərini belə mükafatlandırdı

Trampdan gənc köməkçilərini belə mükafatlandırdı

Ceyhun Bayramov: Azərbaycan Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi prosesini izləyir

Ceyhun Bayramov: Azərbaycan Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi prosesini izləyir

"QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova HÖKM OXUNDU

"QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova HÖKM OXUNDU

“Zipline”nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış- Video

“Zipline”nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış- Video

“30 kq çəkisi olan məktəblinin çantası 3 kiloqramı keçməməlidir”

“30 kq çəkisi olan məktəblinin çantası 3 kiloqramı keçməməlidir”

ABŞ-ın borcu açıqlandı - İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədə

ABŞ-ın borcu açıqlandı - İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədə

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı

Sabah Biləcəri stansiyasından Ermənistana qatar yola salınacaq

Sabah Biləcəri stansiyasından Ermənistana qatar yola salınacaq

Azərbaycan qızlarının göstərdiyi nəticə beynəlxalq təcrübəni alt-üst etdi – Əsrlərin statistikası dəyişir

Azərbaycan qızlarının göstərdiyi nəticə beynəlxalq təcrübəni alt-üst etdi – Əsrlərin statistikası dəyişir

Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıldı

Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıldı

Ağac qabığından xəzinə tapıldı: Qızıl və gümüş hər yerə səpələnib – FOTO

Ağac qabığından xəzinə tapıldı: Qızıl və gümüş hər yerə səpələnib – FOTO

“Qalatasaray” Çempionlar Liqasında mübarizəyə başlayır

“Qalatasaray” Çempionlar Liqasında mübarizəyə başlayır

ŞAD XƏBƏR – Bunu etsəniz mükafat qazanacaqsınız

ŞAD XƏBƏR – Bunu etsəniz mükafat qazanacaqsınız

End of content

No more pages to load

RADİO