Uşağınız məktəbə hazırdırmı? - Valideynlərin etdiyi ƏSAS SƏHVLƏR

Uşağın birinci sinfə başlaması onun gündəlik rejimində, qidalanmasında və psixoloji vəziyyətində dəyişikliklər yaradır. Bu mərhələdə uşağın məktəbə uyğunlaşmasını asanlaşdırmaq üçün valideynlər bir sıra məqamlara diqqət etməlidirlər.

Mövzu ilə bağlı həkim-pediatr Nərmin Əzizova Bizim.Media-ya açıqlamasında bildirib ki, məktəbə hazırlıq yalnız yazıb-oxumağı öyrənməkdən ibarət deyil.

Uşaq zehni, fiziki, psixi və sosial cəhətdən hazır olmalıdır.

Həkimin sözlərinə görə, uşaqların təqvim yaşı ilə psixoloji inkişaf səviyyəsi arasında fərq ola bilər. Fiziki inkişaf boy, çəki, əzələ gücü və motor bacarıqları ilə qiymətləndirilir. Lakin fiziki inkişafın yaşa uyğun olması psixi inkişafın da uyğun səviyyədə olduğunu göstərmir.

Uşaq təhsil sisteminə uyğunlaşmalı, şəxsi gigiyenasını qorumalı, gündəlik ehtiyaclarını müstəqil qarşılamağı bacarmalıdır. Evdən və valideyndən ayrı qala bilməsi, yaşıdları ilə ünsiyyət qurması və özünü ifadə etməsi də mühüm göstəricilərdir.

Məktəbdən əvvəl hansı müayinələr aparılmalıdır?

Pediatr bildirib ki, uşaq məktəbə başlamazdan əvvəl fiziki inkişaf, görmə və eşitmə müayinələrindən keçməli, ehtiyac olduqda psixi və zehni inkişafı da qiymətləndirilməlidir.

Bundan əlavə, uşağın paltarını və ayaqqabısını özü geyinib-soyunması, yeməyini köməksiz yeməsi, qələmi düzgün tutması, başladığı işi sona çatdırması və hisslərini idarə edə bilməsi də nəzərə alınmalıdır.

Uşaq məktəbə getmək istəmirsə...

Nərmin Əzizova bildirib ki, uşağın məktəbə getməkdən imtina etməsinin səbəbi müəyyənləşdirilməlidir. Buna evdən ayrılmaq qorxusu, anasını bir daha görməyəcəyini düşünməsi, sinif yoldaşları ilə ünsiyyətdə çətinlik və ya məktəb mühitinə alışa bilməməsi səbəb ola bilər.

Uşağın qapıda gözləniləcəyini bilməsi ona rahatlıq verə bilər. Valideynlər səbirli davranmalı, məktəbdən ayrılarkən uşağa bunu izah etməli və sağollaşmalıdırlar.

Məktəb dövründə hansı problemlər yarana bilər?

Məktəbə başladıqdan sonra uşaqlarda valideyndən ayrılmaqda çətinlik, məktəb qorxusu, sosial münasibətlərdə və qaydalara riayət etməkdə problemlər, özünə inamsızlıq, hiperaktivlik, diqqət pozğunluğu və tapşırıqları yerinə yetirməkdə çətinlik yarana bilər.

Məktəb fobiyası zamanı dərs saatlarında narahatlıq, ürəkbulanma, qarın və baş ağrıları, iştahsızlıq və yuxu pozğunluğu müşahidə edilə bilər.

Valideynlər uşağın narahatlığını lağa qoymamalı və onu utandırmamalıdır. Uşaq məktəbdən qaçmağa çalışırsa, ona güzəşt edilməməli və uyğun şəkildə sinfə qaytarılmalıdır.
 

Qidalanma və peyvəndlər

Həkim məktəbyaşlı uşaqların qidalanmasına da diqqət çəkib. Valideynlər qidanın növü, keyfiyyəti və saxlanma şəraitini nəzərə almalı, mümkün qədər hazır qidalardan istifadə etməməlidirlər.

Allergik xəstəliyi və ya daimi dərman qəbulu olan uşaqlar barədə məktəb rəhbərliyi və müəllimlər əvvəlcədən məlumatlandırılmalıdır.

Nərmin Əzizova vurğulayıb ki, məktəbə hazırlığın ən vacib hissələrindən biri peyvəndlərdir.

Valideynlər uşağın peyvənd cədvəlinə uyğun bütün peyvəndlərinin tamamlandığını yoxlamalıdırlar. Azərbaycanda uşaqlar adətən 6 yaşında məktəbə başladığından, bu yaşa qədər Milli Peyvənd Təqviminə uyğun vacib peyvəndlərin tam şəkildə vurulması önəmlidir. Peyvənd kartında çatışmazlıq olduqda məktəbə başlamazdan əvvəl yerli poliklinikaya müraciət edilməlidir.

Valideynlər nələrə diqqət etməlidir?

Valideynlər, imkan daxilində hər iki valideyn, müəllimlə əvvəlcədən tanış olmalıdır. Uşağa əl yuma, tualetdən istifadə və digər şəxsi gigiyena qaydaları öyrədilməli, ev ünvanı və əlaqə nömrələri yadda saxladılmalıdır.

Bir çox uşaq ilk günlərdə gərginlik keçirə və ağlaya bilər. Bu zaman valideyn sakit və anlayışlı davranmalı, uşağın qorxusunu artıracaq münasibətdən uzaq durmalıdır.

Uşağın məktəbə hazır olduğu necə müəyyənləşdirilir?

Məktəbə hazırlıq zamanı zehni inkişaf, görmə, eşitmə, anlama və yadda saxlama, məntiqi düşünmə, səbəb-nəticə əlaqəsi qurma və fikirlərini sərbəst ifadə etmə bacarıqları qiymətləndirilməlidir.

Uşağın 15-20 dəqiqə təkbaşına oynaya bilməsi, valideynsiz özünü idarə etməsi, həmyaşıdları ilə vaxt keçirə bilməsi, könüllü fəaliyyətə qoşulması, qaydalara tabe olması və başladığı işi sona çatdırması da mühüm göstəricilərdir.

Uşağın məktəbə sağlam və uğurlu başlaması üçün yalnız akademik biliklərinə deyil, fiziki, psixi, sosial və müstəqillik bacarıqlarına da diqqət yetirilməlidir.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramov: Azərbaycan Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi prosesini izləyir

Ceyhun Bayramov: Azərbaycan Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi prosesini izləyir

"QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova HÖKM OXUNDU

"QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova HÖKM OXUNDU

“Zipline”nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış- Video

“Zipline”nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış- Video

“30 kq çəkisi olan məktəblinin çantası 3 kiloqramı keçməməlidir”

“30 kq çəkisi olan məktəblinin çantası 3 kiloqramı keçməməlidir”

ABŞ-ın borcu açıqlandı - İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədə

ABŞ-ın borcu açıqlandı - İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədə

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı

Sabah Biləcəri stansiyasından Ermənistana qatar yola salınacaq

Sabah Biləcəri stansiyasından Ermənistana qatar yola salınacaq

Azərbaycan qızlarının göstərdiyi nəticə beynəlxalq təcrübəni alt-üst etdi – Əsrlərin statistikası dəyişir

Azərbaycan qızlarının göstərdiyi nəticə beynəlxalq təcrübəni alt-üst etdi – Əsrlərin statistikası dəyişir

Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıldı

Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıldı

Ağac qabığından xəzinə tapıldı: Qızıl və gümüş hər yerə səpələnib – FOTO

Ağac qabığından xəzinə tapıldı: Qızıl və gümüş hər yerə səpələnib – FOTO

“Qalatasaray” Çempionlar Liqasında mübarizəyə başlayır

“Qalatasaray” Çempionlar Liqasında mübarizəyə başlayır

ŞAD XƏBƏR – Bunu etsəniz mükafat qazanacaqsınız

ŞAD XƏBƏR – Bunu etsəniz mükafat qazanacaqsınız

Bakının bu rayonlarında təbii artım azaldı - Statistika

Bakının bu rayonlarında təbii artım azaldı - Statistika

Yaxın günlərdə Coşqunun toyu olacaqmış...

Yaxın günlərdə Coşqunun toyu olacaqmış...

Bakı Limanı Asiyanın aparıcı limanlarını bir araya gətirdi – FOTO

Bakı Limanı Asiyanın aparıcı limanlarını bir araya gətirdi – FOTO

İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndərdilər - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndərdilər - VİDEO

Uşağınız məktəbə hazırdırmı? - Valideynlərin etdiyi ƏSAS SƏHVLƏR

Uşağınız məktəbə hazırdırmı? - Valideynlərin etdiyi ƏSAS SƏHVLƏR

Leyla Əliyeva və Arzu Əliyeva Madriddə beynəlxalq incəsənət sərgisində - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Madriddə beynəlxalq incəsənət sərgisində - FOTO

Zərdabda beş nəfərin öldüyü qəzada həlak olan sürücü müəllim imiş – FOTO

Zərdabda beş nəfərin öldüyü qəzada həlak olan sürücü müəllim imiş – FOTO

Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı

Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı

Ceyhun Bayramov: “Ermənistanla bu sahədə razılığa gəlmişik” - FOTO

Ceyhun Bayramov: “Ermənistanla bu sahədə razılığa gəlmişik” - FOTO

Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə

Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə

Ceyhun Bayramovdan TRIPP-lə bağlı AÇIQLAMA - VİDEO

Ceyhun Bayramovdan TRIPP-lə bağlı AÇIQLAMA - VİDEO

Ruben Vardanyanın ətrafındakı lobbi şəbəkəsi İFŞA OLDU – SENSASİON FAKTLAR

Ruben Vardanyanın ətrafındakı lobbi şəbəkəsi İFŞA OLDU – SENSASİON FAKTLAR

End of content

No more pages to load

RADİO