Bu gün UEFA Çempionlar Liqasında əsas mərhələnin I turunun növbəti oyunları keçiriləcək.
Bizim.Media xəbər verir ki, oyun cədvəlinə əsasən, ikinci oyun günündə 6 qarşılaşma baş tutacaq.
Türkiyə təmsilçisi "Qalatasaray" Portuqaliyada "Sportinq"lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Gecənin maraqla gözlənilən digər matçlarında İspaniyanın “Barselona” klubu Niderland təmsilçisi “Feyenoord”u, İngiltərənin “Liverpul” kollektivi İspaniyanın “Atletiko” komandasını, İtaliya “Napoli”si İngiltərə “Arsenal”ını, Fransa PSJ-si isə Slovakiya “Slovan”ını sınağa çəkəcək.
Qeyd edək ki, I turun sonuncu görüşləri sentyabrın 10-da keçiriləcək. Azərbaycan çempionu “Sabah” həmin gün İngiltərədə “Mançester Yunayted”lə üz-üzə gələcək.
Bizim.Media