Naxçıvan Muxtar Respublikası ərazisində dəmir yolu xətlərinin bərpa edilməsi istiqamətində artıq Prezidentin tapşırığına əsasən müvafiq işlərə başlanılıb.
Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Həmin layihədə iştirak etmək marağı göstərən beynəlxalq tərəfdaşlar da mövcuddur, onlarla da danışıqlar gedir. Ancaq o danışıqların getməsinə rəğmən, yəni onların nəticəsini göstərməsini gözləmədən Azərbaycan tərəfi orada da fiziki işləri həyata keçirir”, deyə nazir əlavə edib.
Bizim.Media