Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi başlayıb.
Bizim.Media “oxu.az”a istinadla, mərasim Dövlət Akademik Rus Dram Teatrında keçirilir.
Mərhumun ailə üzvləri, yaxınları, Mədəniyyət Nazirliyinin məsul şəxsləri, Xalq artistləri və ictimaiyyət nümayəndələri onunla vidalaşmağa gəliblər.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər.
Bizim.Media