ŞAD XƏBƏR – Bunu etsəniz mükafat qazanacaqsınız

Azərbaycan Respublikasının Mülki Məcəlləsi tapıntı məsələsini yalnız mənəvi borc çərçivəsində deyil, dəqiq hüquqi mexanizmlərlə tənzimləyir. Qanunvericilik itirilmiş əşyanı tapıb sahibinə və ya aidiyyəti orqanlara təhvil verən vətəndaşın həm vicdanlı davranışını həvəsləndirir, həm də onun bu müddətdə çəkdiyi zəhmət və xərcləri hüquqi müstəvidə sığortalayır.

Bizim.Media “yenisabah.az”a istinadla xəbər verir k, Mülki Məcəllənin 184-cü maddəsinə əsasən, itirilmiş əşyanı və ya pulu tapıb mülkiyyətçisinə, yaxud müvafiq dövlət orqanlarına (polisə, yerli icra hakimiyyətinə) təhvil verən şəxs əşyanın dəyərinin 20 faizi həcmində mükafat tələb etmək hüququ qazanır. 

Əgər tapılan şey nağd puldursa, mükafatın məbləği həmin məbləğin 20 faizi kimi birbaşa hesablanır. Əmlak və ya qiymətli əşya olduqda isə onun bazar dəyəri tərəflərin razılığı və ya müstəqil ekspert qiymətləndirməsi əsasında müəyyən edilir və həmin məbləğin beşdə biri tapan şəxsə ödənilir. Mükafat ödənişi bilavasitə əşyanın sahibinin üzərinə düşür.
 

Bundan əlavə, Məcəllənin 183-cü maddəsi tapan şəxsə yalnız mükafat almaq deyil, həm də əşyanın saxlanılması, mühafizəsi və sahibinin axtarılması ilə bağlı çəkdiyi zəruri xərclərin (məsələn, daşınma və ya saxlama haqqı) əvəzini tələb etmək hüququ verir.


Bu xərclər 20 faizlik mükafat məbləğindən ayrı hesablanır və mülkiyyətçi tərəfindən ödənilməlidir. Lakin bu hüquqdan yararlanmaq üçün vicdanlılıq prinsipi əsas şərtdir. Əgər əşyanı tapan şəxs tapıntı barədə müvafiq orqanlara dərhal xəbər verməzsə, onu gizlətməyə və ya özününküləşdirməyə cəhd edərsə, avtomatik olaraq həm 20 faizlik mükafat, həm də çəkdiyi xərclərin əvəzini tələb etmək hüququnu itirir.

Prosesin yekunu ilə bağlı maraqlı digər bir məqam isə Məcəllənin 182-ci maddəsində öz əksini tapıb. Əgər tapıntı barədə polisə və ya müvafiq dövlət orqanına məlumat verildikdən sonra 6 ay ərzində əşyanın həqiqi sahibi tapılmazsa və ya mülkiyyət hüququnu iddia etməzsə, tapan şəxs həmin əşyanın və ya pulun tam hüquqlu mülkiyyətçisinə çevrilir. Tapan şəxs əşyanı mülkiyyətinə götürməkdən imtina etdikdə isə mülkiyyət hüququ bələdiyyəyə və ya dövlətə keçir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramov: Azərbaycan Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi prosesini izləyir

Ceyhun Bayramov: Azərbaycan Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi prosesini izləyir

"QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova HÖKM OXUNDU

"QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova HÖKM OXUNDU

“Zipline”nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış- Video

“Zipline”nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış- Video

“30 kq çəkisi olan məktəblinin çantası 3 kiloqramı keçməməlidir”

“30 kq çəkisi olan məktəblinin çantası 3 kiloqramı keçməməlidir”

ABŞ-ın borcu açıqlandı - İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədə

ABŞ-ın borcu açıqlandı - İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədə

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı

Sabah Biləcəri stansiyasından Ermənistana qatar yola salınacaq

Sabah Biləcəri stansiyasından Ermənistana qatar yola salınacaq

Azərbaycan qızlarının göstərdiyi nəticə beynəlxalq təcrübəni alt-üst etdi – Əsrlərin statistikası dəyişir

Azərbaycan qızlarının göstərdiyi nəticə beynəlxalq təcrübəni alt-üst etdi – Əsrlərin statistikası dəyişir

Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıldı

Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıldı

Ağac qabığından xəzinə tapıldı: Qızıl və gümüş hər yerə səpələnib – FOTO

Ağac qabığından xəzinə tapıldı: Qızıl və gümüş hər yerə səpələnib – FOTO

“Qalatasaray” Çempionlar Liqasında mübarizəyə başlayır

“Qalatasaray” Çempionlar Liqasında mübarizəyə başlayır

ŞAD XƏBƏR – Bunu etsəniz mükafat qazanacaqsınız

ŞAD XƏBƏR – Bunu etsəniz mükafat qazanacaqsınız

Bakının bu rayonlarında təbii artım azaldı - Statistika

Bakının bu rayonlarında təbii artım azaldı - Statistika

Yaxın günlərdə Coşqunun toyu olacaqmış...

Yaxın günlərdə Coşqunun toyu olacaqmış...

Bakı Limanı Asiyanın aparıcı limanlarını bir araya gətirdi – FOTO

Bakı Limanı Asiyanın aparıcı limanlarını bir araya gətirdi – FOTO

İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndərdilər - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndərdilər - VİDEO

Uşağınız məktəbə hazırdırmı? - Valideynlərin etdiyi ƏSAS SƏHVLƏR

Uşağınız məktəbə hazırdırmı? - Valideynlərin etdiyi ƏSAS SƏHVLƏR

Leyla Əliyeva və Arzu Əliyeva Madriddə beynəlxalq incəsənət sərgisində - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Madriddə beynəlxalq incəsənət sərgisində - FOTO

Zərdabda beş nəfərin öldüyü qəzada həlak olan sürücü müəllim imiş – FOTO

Zərdabda beş nəfərin öldüyü qəzada həlak olan sürücü müəllim imiş – FOTO

Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı

Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı

Ceyhun Bayramov: “Ermənistanla bu sahədə razılığa gəlmişik” - FOTO

Ceyhun Bayramov: “Ermənistanla bu sahədə razılığa gəlmişik” - FOTO

Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə

Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə

Ceyhun Bayramovdan TRIPP-lə bağlı AÇIQLAMA - VİDEO

Ceyhun Bayramovdan TRIPP-lə bağlı AÇIQLAMA - VİDEO

Ruben Vardanyanın ətrafındakı lobbi şəbəkəsi İFŞA OLDU – SENSASİON FAKTLAR

Ruben Vardanyanın ətrafındakı lobbi şəbəkəsi İFŞA OLDU – SENSASİON FAKTLAR

End of content

No more pages to load

RADİO