"2025-də qızılın qiyməti 3000 dollar olacaq" proqnozu 2026-cı ilə TƏXİRƏ SALINDI

Qlobal investisiya bankı "Goldman Sachs", artıq 2025-ci ilin sonuna qədər bir unsiya qızılın qiymətinin 3 min dollara çatacağını gözləmədiyini açıqlayıb. Bank, ABŞ Mərkəzi Bankının (FED) daha az faiz endirimi edəcəyi gözləntiləri ilə bu proqnozunu 2026-cı ilin ortalarına təxirə salıb. 

Bizim.Media “marja.az”a istinadən xəbər verir ki, Bankın analitikləri bildiriblər ki, 2025-ci ildə daha yavaş monetar yumşalmanın (faizlərin yavaş-yavaş aşağı salınması) qızıl ilə dəstəklənən birja fondlarına (ETF) tələbi azaldacağı gözlənilir. 

Bu səbəbdən də 2025-ci ilin sonuna kimi qızılın qiymətinin bir unsiya üçün 2910 dollara çatacağını proqnozlaşdırırlar. 

Dekabr ayında ABŞ seçkilərindən sonra azalan qeyri-müəyyənlik səbəbindən qiymətlər sabitləşib. Aşağı spekulyativ tələbi daha yüksək mərkəzi bank alışları kompensasiya edib və bu, son bir neçə ayda qızıl qiymətlərini sabit saxlayıb. Analitiklər qeyd ediblər ki, mərkəzi bankların "iştahı" qızıl qiymətləri üçün əsas amil olmağa davam edəcək. 2026-cı ilin ortalarına qədər mərkəzi bankların aylıq qızıl alışlarının orta hesabla 38 ton olacağını təxmin edilir. 

Qızıl keçən il 27 faiz bahalaşaraq ABŞ-da monetar yumşalma (faizlərin aşağı salınması), "təhlükəsiz sığınacaq" tələbi və dünya mərkəzi banklarının davamlı alışları səbəbindən rekord qırıb. Lakin noyabrın əvvəlində Donald Trampın ABŞ seçkilərində qələbəsi dolları bahalaşdırdığı üçün bu prosesi dayanıb.

FED rəsmiləri inflyasiya ilə bağlı yeni narahatlıqlar fonunda bu il borclanma xərclərini azaltmaq üçün daha ehtiyatlı yanaşmanın zəruriliyini vurğuladıqları üçün son zamanlarda qızıl təzyiq altında qalıb. 

Goldman-ın iqtisadçıları, bu il FED-dən əvvəlki 1 bəndlik proqnoza qarşı bu il 0,75 faiz bəndi faiz endirimi gözləyirlər.Həmçinin iqtisadçılar Donald Trampın ikinci administrasiyası zamanı mümkün siyasət dəyişikliklərinin faiz dərəcələrinin yüksəlməsinə səbəb olacağına şübhə ilə yanaşırlar. 

FED rəsmilərinin açıqlamalarından sonra qızılın ucuzlaşması davam edir 

Qızıl, FED rəsmilərinin həftə sonu şərhlərində; ABŞ Federal Ehtiyat Sisteminin (mərkəzi bank, FED) bu il faiz dərəcələrinin aşağı salınmasına daha ehtiyatlı yanaşacağını bildirdikləri üçün ucuzlaşır. 
 

FED-in San-Fransisko şöbəsinin rəhbəri Meri Deyli və FED-in İdarə Heyətinin üzvü Adriana Kuqler yüksək inflyasiyaya son qoyulmasının və 2 faizlik hədəfə çatmağın vacibliyini vurğuladıqdan sonra külçə qızılın unsiyası 2633 dollara düşüb (Bakı vaxtı ilə saat 09:30-a olan məlumat). Qızıl faiz ödəmir, amma aşağı dərəcələr ümumiyyətlə qızılın xeyrinədir.  


Ötən ay FED 2025-ci ildə edəcəyini gözlədiyi faiz endirimlərinin sayını azaldıb. FED sədri Jerome Powell bildirib ki, borclanma xərclərini azaltmaq üçün daha diqqətli olmalıdırlar. Bu, ABŞ-da monetar ekspansiya nəticəsində keçən il rekord qıran və 27 faiz bahalaşan qiymətli metal üçün mane ola bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

“Fənərbağça” üçün ŞAD XƏBƏR

“Fənərbağça” üçün ŞAD XƏBƏR

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Cəlilabadda ev yandı - FOTO

Cəlilabadda ev yandı - FOTO

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO