Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi son kütləvi hava hücumu zamanı mülki və biznes infrastrukturuna da ciddi ziyan dəyib. Zərbələr nəticəsində Ukraynanın məşhur "MOYO" elektronika mağazaları şəbəkəsinin anbarı tamamilə məhv edilib və "Porsche" avtosalonunun binası zədələnib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Hadisə zamanı müəssisə əməkdaşlarının xəsarət almadığı bildirilir. Lakin avtosalonda baş verən yanğın nəticəsində iki lüks avtomobil tamamilə yanaraq kül olub.



Bizim.Media