Sentyabrın 2-də Rusiyanın hərbi hava qüvvələrinə məxsus Mi-8 helikopteri Saxalin vilayətinin cənubunda avtomobil yola sərt eniş edərək yol kənarındakı xəndəyə yuvarlanıb.
Bizim.Media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin ayırdığı helikopter çətin əldə olunan regionlarda Dövlət Dumasına seçkilər üzrə vaxtından əvvəl səsvermənin keçirildiyi Poronay rayonundakı Terpeniye burnundan qayıdırmış.
Bortda 3 nəfər ekipaj üzvü ilə yanaşı, Saxalin Vilayət Seçki Komissiyasının nümayəndəsi və yerli telekanalların 4 jurnalisti olub.
Rəsmi məlumatlara görə, insidentin səbəbləri texniki mütəxəssislər tərəfindən araşdırılır. Lakin profil resursların məlumatına görə, hadisəyə səbəb helikopterin yanacağının bitməsi olub.
Bizim.Media