Rusiya Aerokosmik Qüvvələrinin general-mayoru Nikolay Varpaxoviçə qarşı sui-qəsd cəhdi edilib.
Bizim.Media “korrespondent.net”ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Saratov vilayətinin Engels şəhərində baş verib.
Güllələnən rusiyalı zabit ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Motosikletlə gələn və dəbilqə taxan naməlum şəxs generala tapançadan iki dəfə atəş açıb — güllələrdən biri onun baş (üz) nahiyəsinə, digəri isə qarın (qabırğaarası) nahiyəsinə dəyib.
Hücum zamanı hərbçinin sürücüsü də yaralansa da, qaçaraq gizlənməyi, daha sonra hadisə yerinə qayıdaraq təcili tibbi yardım çağırmağı bacarıb.
Həkimlər xəstəxanada generalın bədənindən güllələri çıxarıblar. Hazırda kritik vəziyyətdə olan Varpaxoviçin xüsusi təyyarə ilə Moskvaya təxliyə edilməsinə hazırlıq görülür.
Bizim.Media