Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ

Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin iddiası rədd olunub.

Sumqayıt Apellyasiya Məhkəməsində hakim Zaur Məmmədovun sərdliyi ilə keçirilən prosesdə onun illərdir ki, məhkəmə salonlarını "gəzən" iddiası əsassız hesab olunub.

Bizim.Media xəbər verir ki, söhbət Mehdiyev və kürəkəni vəzifədə olduğu illərdə şabranlı sahibkar Mansur İbrahimovun əlindən alınan "TurAz" MMC üzərindən sahibkarın özünə qarşı qaldırılmış iddiadan gedir.

Bundan əvvəl Ali Məhkəmənin Kommersiya Kollegiyası uzun illərdir davam edən iş üzrə yekun qərarını vermişdi.

Məhkəmə İlham Əlisəftər oğlu Əliyevin "TurAz" MMC-nin adından qaldırdığı iddianı təmin etməmişdi. "TurAz" MMC-nin Mənsur Nəmətulla oğlu İbrahimova, Şabran Bələdiyyəsinə və Şabran Rayon Notariat Kontoruna qarşı qaldırdığı, torpaq sahələrinin alqı-satqısı ilə bağlı əqdin etibarsız hesab olunmasına dair iddia əsassız hesab olunmuşdu. Ali Məhkəmənin qərarından sonra işə Sumqayıt Apellyasiya Məhkəməsində baxış bərpa olunub, bu instansiya da Ramiz Mehdiyevin kürəkəninin iddiasını əsassız hesab edib.

"TurAz" MMC vaxtilə Mansur İbrahimovun tərəfindən yaradılıb, Şabran rayonundakı meyvə bağlarının idarə olunması üçün təsis edilib və bütün fəaliyyətini həmin ərazilərdə qurub.

Sahibkar deyir ki, Ramiz Mehdiyev vəzifədə olduğu dövrdə onun kürəkəni İlham Əlisəftər oğlu Əliyev şirkəti və bağları qanunsuz şəkildə ələ keçirib.

Sonrakı illərdə məhkəmələrdə şirkətin Mansur İbrahimova məxsusluğu təsdiqlənsə də, həmin qərarların icrası müxtəlif hüquqi maneələr səbəbindən həyata keçirilməyib. Mansur İbrahimov uzun müddətdir ki, İlham Əlisəftər oğlu Əliyevin eyni mahiyyətli iddialarla məhkəmələrə müraciət etməklə prosesi qəsdən uzatdığını bildirirdi.

Qeyd edək ki, Ramiz Mehdiyevin və kürəkəni İlham Əlisəftər oğlu Əliyevin sahibkar Mansur İbrahimova qarşı gördüyü işlər bununla bitmir.

2011-ci ildə o, Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon 200 min manat kredit almaqla yaratdığı "Dostluq-MK" MMC-ni qurub. Sonrakı dövrdə "Dostluq-MK" MMC 160 hektara yaxın torpaq sahələri almaqla genişlənib. Mansur İbrahimov bildirib ki, Ramiz Mehdiyev, kürəkəni İlham Əlisəftər oğlu Əliyev "Dostluq MK" MMC-ni də aldatma, təzyiq, vəzifədən sui-istifadə etməklə zəbt ediblər. Hər il milyonlarla manat gəlir gətirən MMC guya İlham Əlisəftər oğlu Əliyev tərəfindən 5 min manata satın alınıb.

Faktiki olaraq isə alqı-satqı formal olub. Bunu Mansur İbrahimovun iddiasına Bakı İnzibati Məhkəməsində baxılarkən İlham Əlisəftər oğlu Əliyevin özü də etiraf edib.

O deyib ki, Mansur İbrahimova MMC-yə görə 1 manat belə ödəməyib. Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev Xaçmaz rayonundan deputat olduğu illərdə Mansur İbrahimova məxsus 2 şirkəti - "TurAZ" MMC və "Dostluq MK"nı onun əlindən alıb. Sahibkara aid torpaq sahələrini, meyvə bağlarını zəbt edib. Mansur İbrahimov Ramiz Mehdiyev və kürəkəni vəzifədə olduğu illərdə onlara qarşı məhkəmələrdə iddialar qaldırmaqla torpaq sahələrinin geri qaytarılmasını tələb edib.

Məhkəmələr Mansur İbrahimovun xeyrinə qərar verəndən sonra Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev ona qarşı iddialar qaldırmaqla bağları sahibinə qaytarılmasını uzatmaqla məşğul olub. Hər dəfə yeni məhkəmə iddiaları ilə proses bilərəkdən uzadılıb və nəticədə Mansur İbrahimova məxsus bağlardan meyvələr yığılaraq satılıb. Bağların talanı bu gün də davam edir. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Berluskoninin rekordunu yenilədi

Berluskoninin rekordunu yenilədi

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatdı - Bəyanat qəbul edildi - FOTO

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatdı - Bəyanat qəbul edildi - FOTO

Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

İki cüdoçumuz Avropa çempionatının FİNALINDA

İki cüdoçumuz Avropa çempionatının FİNALINDA

Robert Köçəryan təkadamlıq kamerada – Oğlundan AÇIQLAMA - FOTO

Robert Köçəryan təkadamlıq kamerada – Oğlundan AÇIQLAMA - FOTO

Sumqayıt xəstəxanasında əlbəyaxa dava – Video

Sumqayıt xəstəxanasında əlbəyaxa dava – Video

Vanuatu Fransanın Metyu və Hanter adalarına iddialarına görə BƏM-ə MÜRACİƏT ETDİ

Vanuatu Fransanın Metyu və Hanter adalarına iddialarına görə BƏM-ə MÜRACİƏT ETDİ

Rusiyada alma qıtlığı YARANDI

Rusiyada alma qıtlığı YARANDI

Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq?- Rəsmi cavab

Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq?- Rəsmi cavab

Azərbaycanlı müğənni Moskvada qəzaya düşdü – VİDEO

Azərbaycanlı müğənni Moskvada qəzaya düşdü – VİDEO

Mbappeni oğurlamaq istəyən 18 yaşlı yeniyetmə saxlanıldı

Mbappeni oğurlamaq istəyən 18 yaşlı yeniyetmə saxlanıldı

Helikopter avtomobil yoluna sərt eniş etdi - Xəndəyə yuvarlandı – ANBAAN VİDEO

Helikopter avtomobil yoluna sərt eniş etdi - Xəndəyə yuvarlandı – ANBAAN VİDEO

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi BİLİNDİ

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi BİLİNDİ

Ali məktəblərdə boş qalan yerlərə qəbulun nəticələri AÇIQLANDI

Ali məktəblərdə boş qalan yerlərə qəbulun nəticələri AÇIQLANDI

Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ

Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ

İstifadə olunmayan qatar biletini başqasına satmaq olar? – ADY-dən AÇIQLAMA

İstifadə olunmayan qatar biletini başqasına satmaq olar? – ADY-dən AÇIQLAMA

Ötən ay neçə aptekdə nöqsanlar aşkarlanıb?

Ötən ay neçə aptekdə nöqsanlar aşkarlanıb?

Netanyahu: “Biz İran hakimiyyətini mütləq devirəcəyik!”

Netanyahu: “Biz İran hakimiyyətini mütləq devirəcəyik!”

4 nəfərə hökm oxundu - 100 min manatlıq DƏLƏDUZLUQ

4 nəfərə hökm oxundu - 100 min manatlıq DƏLƏDUZLUQ

Şagirdlərin yerdəyişməsi DAYANDIRILIR

Şagirdlərin yerdəyişməsi DAYANDIRILIR

Bakıda ucuz mənzili bu rayonlardan almaq olar

Bakıda ucuz mənzili bu rayonlardan almaq olar

End of content

No more pages to load

RADİO