Rusiya Prezidenti Vladimir Putin Uzaq Şərq İqtisadi Forumunun (VEEF) Vladivostokda keçirilən plenar iclasında ölkədə alma qıtlığının olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə rus mətbuatı yazıb.
Putin ölkə miqyasında ümumilikdə alma qıtlığının yaşandığını qeyd edib:
"Uzaq Şərqdə alma ümumiyyətlə çatışmır. Bunun üzərində düşünmək və lazımi şəkildə işləmək lazımdır".
O, həmçinin əlavə edib ki, Uzaq Şərqdə almaların qiyməti, məsələn, onların becərilməsinin asan olduğu və uzun məsafələrə daşınma tələb olunmadığı Rostov şəhəri ilə müqayisədə daha bahadır.
Bizim.Media