Paytaxtın 111 küçəsində təmir-bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, hazırda 46 küçədə işlər yekunlaşıb.
Belə ki, 32 kilometrlik yol təhvil verilib və 20 küçədə təmir işləri davam edir.
Sürücülər bildirirlər ki, bu baxımdan əziyyət çəksələr də, yolların təmiri onların işlərini daha da asanlaşdıracaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, təmir işlərinə iyun ayının 15-dən start verilib.
"Şəhərin mərkəzini əhatə edən işlərin 95 faizi demək olar ki, bitib. Sentyabrın 15-dək isə mərkəzdəki işlərin tam yekunlaşdırılması planlaşdırılır".
Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:
Bizim.Media