Zaqatalalı gənc Xocavənd rayonunda faciəli şəkildə ölüb.
Bizim.Media “lent.az”a istinadən xəbər verir ki, Zaqatalanın Bəhmətli kənd sakini, 2002-ci il təvəllüdlü Elgün Aydın oğlu Şamxalovun meyiti Xocavənd rayonu ərazisində elektrik transformatorunun yaxınlığında tapılıb.
İlkin araşdırmalar zamanı Xocavənd rayonuna işləməyə gedən E. Şamxalovun transformatora müdaxilə edən zaman elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media