Vanuatu Fransanın Metyu və Hanter adalarına iddialarına görə BƏM-ə MÜRACİƏT ETDİ

Vanuatu Fransanın davam etdirdiyi müstəmləkəçi siyasətinə və yurisdiksiyasında olduğu Metyu və Hanter adaları üzərində irəli sürdüyü qanunsuz ərazi iddialarına etiraz olaraq Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) rəsmi müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu məlumat yayıb.

Qeyd edilib ki, müraciətdə Vanuatu ilə Fransanın müstəmləkə əsarətində olan Kanaki (Yeni Kaledoniya) arasında dəniz sərhədlərinin delimitasiyası məsələsinin həll edilməsi tələbi də yer alır.

Bildirilib ki, Vanuatu ilə Fransa arasında adaların statusu və Vanuatu–Kanaki dəniz sərhədinin delimitasiyası ilə bağlı üç dəfə danışıqların keçirilib:

"Buna baxmayaraq, proses Fransanın məsələnin beynəlxalq hüququn fundamental prinsipləri əsasında ədalətli və hüquqi həllinə konstruktiv yanaşmaması, Vanuatunun suverenliyini nəzərə almaması və müstəmləkəçilikdən miras qalan ərazi iddialarını davam etdirilməsi səbəbindən nəticəsiz qalıb".

Qeyd edək ki, Vanuatu Sakit okeanın cənub-qərbində, Melaneziya regionunda yerləşən ada dövlətidir.

Ölkə təxminən 83 adadan ibarət arxipelaqdır və Avstraliyanın şimal-şərqində, Yeni Kaledoniyanın şərqində yerləşir. Metyu və Hanter adaları isə Sakit okeanın cənub-qərbində, Vanuatunun cənub adaları ilə Fransanın müstəmləkə əsarətində olan Kanaki (Yeni Kaledoniya) arasında yerləşən iki kiçik, lakin strateji əhəmiyyətli adadır.

Ümumi quru sahəsi 1,3 km² olan bu adaların hüquqi statusu yalnız suverenlik məsələsi ilə məhdudlaşmır, onların mənsubiyyəti ətrafındakı ərazi sularının, müstəsna iqtisadi zonanın (350 000 km²) və kontinental şelfin müəyyənləşdirilməsinə, habelə Vanuatu ilə Kanaki arasında dəniz sərhədinin delimitasiyasına birbaşa təsir göstərir. Adaların ətrafında təxminən 350 000 km²-lik müstəsna iqtisadi zonanın mövcudluğu onların strateji və iqtisadi əhəmiyyətini daha da artırır.

Kanakinin müstəqillik tərəfdarı qüvvələri Vanuatunun Metyu və Hanter adaları ilə bağlı mövqeyini dəfələrlə dəstəkləyib.

Bu mövqe 2009-cu ildə Vanuatu hökuməti ilə Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi arasında imzalanmış Kéamu razılaşmasında rəsmiləşdirilib və sonrakı illərdə də təsdiqlənib. 2026-cı ilin mayında FLNKS lideri Kristian Tein bu dəstəyi yenidən ifadə edib. Həmçinin, Yeni Kaledoniyanın Adət Senatı 2009-cu ildə adaların Vanuatu ilə bağlılığını tanıyıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabunçuda neft oğurlamaq istəyərkən kəmərdə yanğın törətdilər - DİN

Sabunçuda neft oğurlamaq istəyərkən kəmərdə yanğın törətdilər - DİN

Birbaşa qırmızı vərəqə alan Kadi Borgesə AĞIR CƏZA

Birbaşa qırmızı vərəqə alan Kadi Borgesə AĞIR CƏZA

Qaçırdığı qızla günlərlə maşında gecələdi - Həbs edilən var

Qaçırdığı qızla günlərlə maşında gecələdi - Həbs edilən var

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Berluskoninin rekordunu yenilədi

Berluskoninin rekordunu yenilədi

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatdı - Bəyanat qəbul edildi - FOTO

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatdı - Bəyanat qəbul edildi - FOTO

Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

İki cüdoçumuz Avropa çempionatının FİNALINDA

İki cüdoçumuz Avropa çempionatının FİNALINDA

Robert Köçəryan təkadamlıq kamerada – Oğlundan AÇIQLAMA - FOTO

Robert Köçəryan təkadamlıq kamerada – Oğlundan AÇIQLAMA - FOTO

Sumqayıt xəstəxanasında əlbəyaxa dava – Video

Sumqayıt xəstəxanasında əlbəyaxa dava – Video

Vanuatu Fransanın Metyu və Hanter adalarına iddialarına görə BƏM-ə MÜRACİƏT ETDİ

Vanuatu Fransanın Metyu və Hanter adalarına iddialarına görə BƏM-ə MÜRACİƏT ETDİ

Rusiyada alma qıtlığı YARANDI

Rusiyada alma qıtlığı YARANDI

Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq?- Rəsmi cavab

Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq?- Rəsmi cavab

Azərbaycanlı müğənni Moskvada qəzaya düşdü – VİDEO

Azərbaycanlı müğənni Moskvada qəzaya düşdü – VİDEO

Mbappeni oğurlamaq istəyən 18 yaşlı yeniyetmə saxlanıldı

Mbappeni oğurlamaq istəyən 18 yaşlı yeniyetmə saxlanıldı

Helikopter avtomobil yoluna sərt eniş etdi - Xəndəyə yuvarlandı – ANBAAN VİDEO

Helikopter avtomobil yoluna sərt eniş etdi - Xəndəyə yuvarlandı – ANBAAN VİDEO

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi BİLİNDİ

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi BİLİNDİ

Ali məktəblərdə boş qalan yerlərə qəbulun nəticələri AÇIQLANDI

Ali məktəblərdə boş qalan yerlərə qəbulun nəticələri AÇIQLANDI

Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ

Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ

İstifadə olunmayan qatar biletini başqasına satmaq olar? – ADY-dən AÇIQLAMA

İstifadə olunmayan qatar biletini başqasına satmaq olar? – ADY-dən AÇIQLAMA

Ötən ay neçə aptekdə nöqsanlar aşkarlanıb?

Ötən ay neçə aptekdə nöqsanlar aşkarlanıb?

Netanyahu: “Biz İran hakimiyyətini mütləq devirəcəyik!”

Netanyahu: “Biz İran hakimiyyətini mütləq devirəcəyik!”

End of content

No more pages to load

RADİO