Ali məktəblərdə boş qalan yerlərə qəbulun nəticələri AÇIQLANDI

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 18086 şəxs ixtisas seçimi edib.

Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan (1760 yer)  plan yerlərinə 390 nəfər (o cümlədən 167 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 16244 nəfər qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 87.92% dolub. 2231 (12.08%) yer boş qalıb.

Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:

Sentyabrın 4-də günün ikinci yarısı ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı  “Abituriyent” jurnalının 8-ci sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 9-cu sayında elektron formatda (pdf) təqdim olunacaq.

Qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı 8 sentyabr saat 11:00-dan 15 sentyabr saat 18:00-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı isə 9 sentyabr saat 15:00-dan 17 sentyabr saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali və ya orta ixtisas müəssisəsinə göndərilməyəcək.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Berluskoninin rekordunu yenilədi

Berluskoninin rekordunu yenilədi

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatdı - Bəyanat qəbul edildi - FOTO

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatdı - Bəyanat qəbul edildi - FOTO

Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

İki cüdoçumuz Avropa çempionatının FİNALINDA

İki cüdoçumuz Avropa çempionatının FİNALINDA

Robert Köçəryan təkadamlıq kamerada – Oğlundan AÇIQLAMA - FOTO

Robert Köçəryan təkadamlıq kamerada – Oğlundan AÇIQLAMA - FOTO

Sumqayıt xəstəxanasında əlbəyaxa dava – Video

Sumqayıt xəstəxanasında əlbəyaxa dava – Video

Vanuatu Fransanın Metyu və Hanter adalarına iddialarına görə BƏM-ə MÜRACİƏT ETDİ

Vanuatu Fransanın Metyu və Hanter adalarına iddialarına görə BƏM-ə MÜRACİƏT ETDİ

Rusiyada alma qıtlığı YARANDI

Rusiyada alma qıtlığı YARANDI

Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq?- Rəsmi cavab

Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq?- Rəsmi cavab

Azərbaycanlı müğənni Moskvada qəzaya düşdü – VİDEO

Azərbaycanlı müğənni Moskvada qəzaya düşdü – VİDEO

Mbappeni oğurlamaq istəyən 18 yaşlı yeniyetmə saxlanıldı

Mbappeni oğurlamaq istəyən 18 yaşlı yeniyetmə saxlanıldı

Helikopter avtomobil yoluna sərt eniş etdi - Xəndəyə yuvarlandı – ANBAAN VİDEO

Helikopter avtomobil yoluna sərt eniş etdi - Xəndəyə yuvarlandı – ANBAAN VİDEO

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi BİLİNDİ

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi BİLİNDİ

Ali məktəblərdə boş qalan yerlərə qəbulun nəticələri AÇIQLANDI

Ali məktəblərdə boş qalan yerlərə qəbulun nəticələri AÇIQLANDI

Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ

Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ

İstifadə olunmayan qatar biletini başqasına satmaq olar? – ADY-dən AÇIQLAMA

İstifadə olunmayan qatar biletini başqasına satmaq olar? – ADY-dən AÇIQLAMA

Ötən ay neçə aptekdə nöqsanlar aşkarlanıb?

Ötən ay neçə aptekdə nöqsanlar aşkarlanıb?

Netanyahu: “Biz İran hakimiyyətini mütləq devirəcəyik!”

Netanyahu: “Biz İran hakimiyyətini mütləq devirəcəyik!”

4 nəfərə hökm oxundu - 100 min manatlıq DƏLƏDUZLUQ

4 nəfərə hökm oxundu - 100 min manatlıq DƏLƏDUZLUQ

Şagirdlərin yerdəyişməsi DAYANDIRILIR

Şagirdlərin yerdəyişməsi DAYANDIRILIR

Bakıda ucuz mənzili bu rayonlardan almaq olar

Bakıda ucuz mənzili bu rayonlardan almaq olar

End of content

No more pages to load

RADİO