Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq?- Rəsmi cavab

Təqaüd Proqramı ilə Avstraliyanın Melburn Universitetində magistr təhsil alan azərbaycanlı rejissor Afaq Yusifli təhsilinin maliyyələşdirilməsi ilə bağlı yaranmış problem səbəbindən təhsilini itirmək təhlükəsi ilə üzləşib.

Bizim.Media xəbər verir ki, bu barədə A.Yusifli özü sosial şəbəkə hesabında paylaşım edib. 

Belə ki, 2026-cı ilin fevralından Avstraliyanın Melburn Universitetində Bədii və Sənədli Filmlər üzrə Prodüserlik magistr proqramında təhsil alan azərbaycanlı tələbə təhsilhaqqının bir hissəsinin vaxtında ödənilməməsi səbəbindən universitetdən sonuncu xəbərdarlıq alıb.

Onun sözlərinə görə təhsilhaqqının maliyyələşdirilməsi iki istiqamət üzrə həyata keçirilir.

Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi təqaüd proqramı çərçivəsində təhsilhaqqının 50 faizi qarşılanır. Birinci semestr üzrə 19 485 ABŞ dolları, üçüncü semestr üzrə isə digər dövlət qurumu tərəfindən 15 000 ABŞ dolları məbləğində ödəniş artıq universitetə köçürülüb. Mövcud ödəniş qrafikinə əsasən, növbəti ödənişin 2027-ci ilin I rübündə həyata keçirilməsi nəzərdə tutulur.

Problem isə Azərbaycan Kinematoqrafçılar İttifaqı vasitəsilə universitetə ödənilməli olan 25 500 AZN-in köçürülməməsi səbəbindən yaranıb.

Tələbənin bildirdiyinə görə, həmin vəsait 2025-ci ilin dekabrından etibarən onun təhsilhaqqının ödənilməsi üçün ayrılıb. Lakin 2026-cı ilin martında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin vəfatından sonra ödəniş prosesi dayanıb. Səbəb kimi ödəniş sənədlərini imzalamaq səlahiyyətinə malik şəxsin vəfat etməsi və sonrakı inzibati proseslər göstərilir.

A.Yusifli bildirib ki, vəsait hazırda İttifaqda mövcuddur və onun universitetə köçürülməsi üçün müxtəlif variantlar müzakirə olunub. Vəsaitin tələbənin şəxsi hesabına köçürülərək universitetə ödənilməsi variantında isə universitet tərəfindən hüquqi məsələlər yarandığı bildirilir. Çünki tələbənin Avstraliya vizası üçün təqdim etdiyi sənədlərdə təhsilhaqqının müvafiq qurumlar tərəfindən ödəniləcəyi göstərilib.

Onun sözlərinə görə, Melburn Universitetindən artıq dördüncü xəbərdarlıq daxil olub. Universitet tərəfindən bildirilib ki, oktyabr ayının ilk həftəsinə qədər ikinci semestr üzrə ödəniş həyata keçirilməsə, onun təhsili ilə bağlı sanksiya tətbiq oluna bilər.

Məsələ ilə bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) “qafqazinfo.az”ın sorğusuna cavab olaraq bildirilib ki, Afaq Yusiflinin təhsilhaqqının ödənilməməsi ilə bağlı məsələ sırf texniki xarakter daşıyır və müvəqqətidir:

“Problem AKİ-nin sədrliyinə sentyabrın 11-də keçiriləcək seçki konfransından sonra həllini tapacaq. Onu da qeyd edək ki, AKİ həmişə gənc kinematoqrafçılara dəstək olub, bundan sonra da onların inkişafına dəstək xətti davam edəcək. Ona görə  sosial mediada Afaq Yusifliyə AKİ-nin dəstək olmayacağı məsələsi ilə bağlı yayılmış fikirlər əsassızdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Berluskoninin rekordunu yenilədi

Berluskoninin rekordunu yenilədi

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatdı - Bəyanat qəbul edildi - FOTO

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatdı - Bəyanat qəbul edildi - FOTO

Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

İki cüdoçumuz Avropa çempionatının FİNALINDA

İki cüdoçumuz Avropa çempionatının FİNALINDA

Robert Köçəryan təkadamlıq kamerada – Oğlundan AÇIQLAMA - FOTO

Robert Köçəryan təkadamlıq kamerada – Oğlundan AÇIQLAMA - FOTO

Sumqayıt xəstəxanasında əlbəyaxa dava – Video

Sumqayıt xəstəxanasında əlbəyaxa dava – Video

Vanuatu Fransanın Metyu və Hanter adalarına iddialarına görə BƏM-ə MÜRACİƏT ETDİ

Vanuatu Fransanın Metyu və Hanter adalarına iddialarına görə BƏM-ə MÜRACİƏT ETDİ

Rusiyada alma qıtlığı YARANDI

Rusiyada alma qıtlığı YARANDI

Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq?- Rəsmi cavab

Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq?- Rəsmi cavab

Azərbaycanlı müğənni Moskvada qəzaya düşdü – VİDEO

Azərbaycanlı müğənni Moskvada qəzaya düşdü – VİDEO

Mbappeni oğurlamaq istəyən 18 yaşlı yeniyetmə saxlanıldı

Mbappeni oğurlamaq istəyən 18 yaşlı yeniyetmə saxlanıldı

Helikopter avtomobil yoluna sərt eniş etdi - Xəndəyə yuvarlandı – ANBAAN VİDEO

Helikopter avtomobil yoluna sərt eniş etdi - Xəndəyə yuvarlandı – ANBAAN VİDEO

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi BİLİNDİ

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi BİLİNDİ

Ali məktəblərdə boş qalan yerlərə qəbulun nəticələri AÇIQLANDI

Ali məktəblərdə boş qalan yerlərə qəbulun nəticələri AÇIQLANDI

Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ

Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ

İstifadə olunmayan qatar biletini başqasına satmaq olar? – ADY-dən AÇIQLAMA

İstifadə olunmayan qatar biletini başqasına satmaq olar? – ADY-dən AÇIQLAMA

Ötən ay neçə aptekdə nöqsanlar aşkarlanıb?

Ötən ay neçə aptekdə nöqsanlar aşkarlanıb?

Netanyahu: “Biz İran hakimiyyətini mütləq devirəcəyik!”

Netanyahu: “Biz İran hakimiyyətini mütləq devirəcəyik!”

4 nəfərə hökm oxundu - 100 min manatlıq DƏLƏDUZLUQ

4 nəfərə hökm oxundu - 100 min manatlıq DƏLƏDUZLUQ

Şagirdlərin yerdəyişməsi DAYANDIRILIR

Şagirdlərin yerdəyişməsi DAYANDIRILIR

Bakıda ucuz mənzili bu rayonlardan almaq olar

Bakıda ucuz mənzili bu rayonlardan almaq olar

End of content

No more pages to load

RADİO