İyunun 10-da Rus Pravoslav Kilsəsinin Tehrandakı Müqəddəs Nikolay məbədinin - İranın ən qədim pravoslav kilsələrindən birinin və paytaxtdakı yeganə pravoslav məbədinin qarət edildiyi məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfirliyi bəyanat yayıb.
Səfirliyin bəyanatında baş vermiş hadisənin "böyük kədər və hiddət" doğurduğu qeyd olunur.
Məbədin nümayəndələri vurğulayıblar ki, İranda xristian müqəddəslərinə hörmətsizlik etməyə və tək Allaha olan imanı təhqir etməyə qadir insanların tapılacağına heç vaxt inanmayıblar.
Müraciətdə, həmçinin oğurlanmış ikonaları geri qaytarmaq və günaha batmamaq barədə çağırış yer alıb.
Bizim.Media