Qırğızıstan Prezidenti Sadır Japarov oktyabrın 14-də Azərbaycana işgüzar səfərə gələcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qırğızıstan dövlət başçısının mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, S.Japarov oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.
Tədbir çərçivəsində dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların rəhbərləri qarşılıqlı əlaqələr, rəqəmsallaşma və davamlı artım məsələləri üzrə regional əməkdaşlığın dərinləşdirilməsinə dair aktual mövzuları müzakirə edəcəklər.
Sammitin yekunlarına əsasən əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlərin qəbul olunması gözlənilir.
Bizim.Media