Məktəblərdə dərslər gec başlaya bilər – Yeni sistemə keçməyin vaxtıdır

Azərbaycanda məktəblərdə dərslərin başlama saatının 08:00-dan daha gec vaxta keçirilməsi məsələsi gündəmə gələ bilər. Xüsusilə yeniyetmələrin yuxu rejimi, diqqətinin dərsə yönəlməsi və davamiyyət göstəriciləri baxımından dərslərin daha gec başlamasının müəyyən üstünlükləri olduğu bildirilir.

Bəs Azərbaycanda məktəblərdə dərslərin başlama saatının dəyişdirilməsi mümkündürmü? Daha gec dərs saatı şagirdlərin təhsil nəticələrinə və ümumi rifahına necə təsir edə bilər?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “konkret.az”a danışan təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev Azərbaycanda dərslərin daha gec saatda başlaması məsələsinin müzakirə olunmasının mümkün olduğunu bildirib:

Ekspertin sözlərinə görə, xüsusilə yeniyetmələr üçün dərslərin daha gec başlamasının müəyyən üstünlükləri var.

“Yeniyetmələrin yuxu rejimi, diqqəti və dərsə davamiyyəti baxımından daha gec başlama saatının müəyyən üstünlükləri mövcuddur. Bu baxımdan Azərbaycanda da dərslərin başlama vaxtının dəyişdirilməsi məsələsinin müzakirə olunması mümkündür.

Bununla belə, bütün məktəblərdə eyni vaxtda və vahid qaydada yeni sistemə keçid müəyyən çətinliklər yarada bilər. Qərar qəbul edilərkən ikinövbəli məktəblər, valideynlərin iş qrafiki, nəqliyyat sıxlığı və məktəblərin infrastruktur imkanları nəzərə alınmalıdır”, – deyə ekspert bildirib.

F.Hacıyev hesab edir ki, ən optimal variant ilkin mərhələdə pilot layihənin həyata keçirilməsidir.

“Məsələn, dərslərin 08:30 və ya 09:00-da başlamasının nəticələri bir tədris ili ərzində qiymətləndirilə bilər. Əgər şagirdlərin davamiyyəti, akademik nəticələri və ümumi rifahında müsbət dəyişiklik müşahidə olunarsa, daha geniş tətbiq məsələsini müzakirə etmək mümkündür”, – deyə ekspert qeyd edib.

Ekspert vurğulayıb ki, burada əsas məsələ yalnız dərslərin 08:00-da, yaxud 09:00-da başlaması ilə məhdudlaşmamalıdır.

Əsas məqsəd tədris prosesinin şagirdlərin sağlamlığı, psixoloji vəziyyəti və öyrənmə məhsuldarlığı baxımından daha səmərəli təşkil edilməsidir. Onun sözlərinə görə, belə bir dəyişiklik nəzərdən keçirilərkən həm şagirdlərin yaş xüsusiyyətləri, həm məktəblərin iş rejimi, həm də valideynlərin gündəlik fəaliyyəti nəzərə alınmalıdır.

Bu səbəbdən məsələyə vahid yanaşmadan daha çox, mərhələli və nəticələrə əsaslanan yanaşma məqsədəuyğun ola bilər.

Beləliklə, Azərbaycanda məktəblərdə dərslərin başlama saatının gecikdirilməsi gələcəkdə müzakirə oluna biləcək məsələlərdən biridir. Lakin bunun üçün ilk növbədə pilot tətbiqlərin nəticələrinin, şagirdlərin təhsil göstəricilərinin və ümumi rifahının, eləcə də ölkənin mövcud təhsil infrastrukturu və nəqliyyat imkanlarının kompleks şəkildə qiymətləndirilməsi vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

“Fənərbağça” üçün ŞAD XƏBƏR

“Fənərbağça” üçün ŞAD XƏBƏR

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Cəlilabadda ev yandı - FOTO

Cəlilabadda ev yandı - FOTO

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO