Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Fətullah Həsənov küçəsində qeydə alınıb.
Hərəkətdə olan "Opel" markalı avtomobil "Chevrolet" markalı avtomobillə toqquşub. Qəza zamanı 1986-cı il təvəllüdlü Ramal Verdiyev xəsarət alıb.
Yaralı yaxınlqdakı xəstəxanalardan birinə yerləşdirlib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu