Goranboyda “VAZ-2107” avtomobilinin traktorla toqquşması nəticəsində baş verən qəzada xəsarət alan şəxslərin kimliyi bəlli olub.
Bizim.Media xəbər verir ki, qəza zamanı Elnur Əliyev (1986), 16 yaşlı Hüseyin Əliyev, 1997-ci il təvəllüdlü Maqsud Gəncəliyev və "VAZ-2107" markalı avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Arzu Əsədov müxtəlif dərəcəli bədən xəsarərləri alıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu