Tibb Universitetində bu ixtisas üzrə təhsilhaqqı - 1500 manat azaldıldı

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə IV ixtisas qrupunda təhsilhaqları və plan yerləri məlum olub.

Bizim.Media xəbər verir ki, Modern.az-ın “Abituriyent” jurnalının 4-cü nömrəsindən əldə etdiyi məlumata görə, Azərbaycan Tibb Universitetində IV ixtisas qrupu üzrə illik təhsilhaqqı 4500-5000 manat arasında dəyişir.

Tibb ixtisası üzrə illik təhsilhaqqı 5000 manat, Stomatologiya, Əczaçılıq, Fizioterapiya, İctimai səhiyyə və Tibb bacısı (qardaşı) işi ixtisaslarında isə 4500 manat müəyyənləşdirilib.

Bu göstəricilər ötən tədris ili ilə müqayisədə təhsilhaqlarının azaldığını göstərir.

Belə ki, 2025/2026-cı tədris ilində Tibb ixtisasının illik təhsilhaqqı 6500 manat olduğu halda, 2026/2027-ci tədris ili üçün 5000 manat müəyyənləşdirilib. Beləliklə, bu ixtisas üzrə illik təhsilhaqqı 1500 manat azalıb.
 

Stomatologiya ixtisasında ötən il 6000 manat olan illik təhsilhaqqı bu il 4500 manata endirilib. Bu ixtisas üzrə də ödəniş 1500 manat azalıb.


Əczaçılıq, Fizioterapiya, İctimai səhiyyə və Tibb bacısı (qardaşı) işi ixtisaslarında isə ötən il 5000 manat olan illik təhsilhaqqı 2026/2027-ci tədris ili üçün 4500 manat müəyyənləşdirilib. Bu ixtisaslarda təhsil haqqı ötən illə müqayisədə 500 manat azalıb.

Beləliklə, ATU-da ötən il 5000-6500 manat arasında dəyişən illik təhsilhaqları yeni tədris ili üçün 4500-5000 manat arasında müəyyənləşdirilib.

Plan yerlərinə gəlincə, Azərbaycan bölməsində Tibb ixtisasına 520, Stomatologiyaya 75, Əczaçılığa 60, İctimai səhiyyəyə 60, Tibb bacısı (qardaşı) işinə 60, Fizioterapiyaya 40 yer ayrılıb.

Bundan əlavə, tədrisi ingilis dilində Tibb ixtisası üzrə 15 plan yeri nəzərdə tutulub və illik təhsilhaqqı 5000 manatdır.

Rus bölməsində isə Tibb ixtisasına 65, Stomatologiyaya 25, Əczaçılığa 20, İctimai səhiyyəyə 20 plan yeri ayrılıb.
 

Qarabağ Universitetində isə IV qrup üzrə təhsil dövlət sifarişi əsasında həyata keçirilir. Universitetdə Biologiya müəllimliyi üzrə 30, Kimya müəllimliyi üzrə 30, Psixologiya üzrə 30, Əczaçılıq üzrə 24, Tibb bacısı (qardaşı) işi üzrə 36, Stomatologiya üzrə 24, Tibb ixtisası üzrə isə 72 plan yeri ayrılıb.


Beləliklə, Qarabağ Universitetində IV qrup ixtisasları üzrə ümumilikdə 246 plan yeri nəzərdə tutulub və bütün yerlər dövlət sifarişlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

“Fənərbağça” üçün ŞAD XƏBƏR

“Fənərbağça” üçün ŞAD XƏBƏR

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Cəlilabadda ev yandı - FOTO

Cəlilabadda ev yandı - FOTO

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO